Dünya
Bu ərazidə çılpaq ayaqla gəzənlər 1000 manat cərimələnəcəklər
İtaliyanın məşhur istirahət məkanı Portofinoda küçələrdə ayaqyalın gəzmək qadağası da daxil olmaqla, çoxsaylı qadağalar qüvvəyə minib.
Publika.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, bu gündən qüvvəyə minən qaydalara görə, şəhərin mərkəzində üst geyimsiz gəzmək, səs-küylü şənliklər keçirmək, ictimai yerlərdə piknik etmək qadağandır. Küçələrdə ayaqyalın gəzmək, ictimai meydanlarda çimərlik paltarında oturmaq kimi davranışlar da qadağan edilib. İctimai yerlərdə spirtli içkilərin istifadəsi restoranlarda və xüsusi ayrılmış yerlərdə məhdudlaşdırılır.
Küçələrdə və ya parklarda uzanmaq, dilənmək, səs ucaldıcı ilə musiqi dinləməyin də cəzası var. Qaydaları pozanları 25 avrodan (təxminən 50 manat) 500 avroya (təxminən 1000 manat) qədər cərimə gözləyir.
Roza
-
Dünya11:17İsrail "Türkiyə yeni İrandır" dedi, ortalıq qarışdı - ABŞ-dan xəbərdarlıq gəldi
-
Yaxın Şərq10:46Müctəba Xamenei necə və nə vaxt yaralanıb? - ABŞ detalları açıqladı
-
Yaxın Şərq09:58Ümid edirik ki, ABŞ mesajı başa düşdü: İran bu gəmini “yaraladığını” iddia edir
-
MDB09:16Təyyarə təcili qəza siqnalı verdi, aeroporta qayıdır: Hava limanında hazırlıq görülür
-
İdman08:48Lamin Yamal "Barselona" üçün tarixi rekorda imza atdı
-
Cənubi Qafqaz08:36Paşinyana alma atanın taleyi ilə bağlı yeni xəbər
-
Magazin102:42"Əkiz bacım var, o da yaslara gedir"
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı


























.jpg)









