Dünya
Hörmüzdəki prosesin Türkiyə boğazlarına təsiri: İran bu yolla müharibəni...
Hörmüz boğazında artan gərginlik qlobal enerji bazarlarını və beynəlxalq hüquq sistemini ciddi sınaq qarşısında qoyub. İranın atəşkəs danışıqları çərçivəsində boğazdan keçən gəmilərdən hər biri üçün milyonlarla dollar tranzit haqqı tələb etməsi dünya neft nəhənglərinin kəskin reaksiyasına səbəb olub.
Publika.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bu addım yalnız iqtisadi deyil, həm də hüquqi baxımdan geniş müzakirələr doğurub.
ABŞ-İsrail və İran arasında bir aydan çox davam edən qarşıdurmadan sonra əldə olunan kövrək atəşkəsin əsas məqsədi regionda sabitliyi bərpa etmək idi. Lakin İranın yeni tələbi vəziyyəti daha da mürəkkəbləşdirib.
Ekspertlər hesab edir ki, əgər Hörmüz boğazı kimi beynəlxalq əhəmiyyətli bir su yolunda bu cür birtərəfli qərarlar qəbul edilərsə, bu, digər regionlar üçün də təhlükəli presedent yarada bilər. Belə ki, gələcəkdə Rusiya Arktikada, Çin Cənubi Çin dənizində, hətta ABŞ Sakit okeanda oxşar iddialarla çıxış edə bilər.
Beynəlxalq hüquq mütəxəssisləri İranın bu addımını ciddi qanun pozuntusu kimi qiymətləndirirlər. Onların fikrincə, 1982-ci il dəniz hüququ üzrə konvensiyaya əsasən, bütün dövlətlər üçün naviqasiya azadlığı təmin olunmalıdır.

Bildirilir ki, İran hazırkı vəziyyətdə əlində olan ən güclü silahdan istifadə edir. Hörmüz boğazı dünya neft daşımalarının əsas arteriyalarından biri hesab olunur və burada yaranan istənilən problem qlobal bazarlara dərhal təsir göstərir. Ekspertlər hesab edir ki, Tehran bu addımla dünya iqtisadiyyatına təzyiq göstərərək müharibəni öz şərtləri ilə başa çatdırmağa çalışır.
Mütəxəssislər xəbərdarlıq edir ki, Hörmüz boğazında yaranan hər hansı böhran təkcə enerji sektorunu deyil, bütün qlobal ticarəti zərbə altına salır.
Müzakirələr fonunda diqqətlər Türkiyə boğazlarına yönəlsə də, ekspertlər bu iki vəziyyətin müqayisə edilə bilməyəcəyini vurğulayırlar. Bildirilir ki, Montrö Boğazlar Konvensiyası Türkiyəyə boğazlar üzərində xüsusi hüquqi status verir və bu rejim beynəlxalq səviyyədə qəbul olunub. Bu səbəbdən, İranın Hörmüzdə atdığı addımların Türkiyə boğazlarına tətbiqi mümkün deyil və belə bir paralel aparılması hüquqi baxımdan əsassız sayılır.
Müəllif: Roza
-
Ekologiya12:50Sabah 30 dərəcə isti olacaq
-
Cinayət dünyası12:15Azərbaycanda süni intellektlə törədilən təxribat - 20 il həbs cəzası nəzərdə tutulur
-
Sosial11:05Qəbrinə yazılmış söz aranı qatdı - Nəhayət, gerçək bilindi
-
Dünya10:24Evdən işləyin, avtomobil sürməyin və... - Baş nazir xalqa müraciət etdi
-
Avropa09:27Almanların 50 faizi şəxsi avtomobildən imtina etdi - Səbəb nədir?
-
Maraq dünyası07:35Azərbaycanın ən uzunboylu oğlanı niyə məşhur olmağın daşını atdı?
-
Sosial07:15Burada uşaqlar məktəbə getmək üçün Kürü qayıqla keçməli olurlar - Video
-
Region05:45Bu da Türkiyənin "Kuzgun"u - Foto



































