Dünya
Dişsizliyə son: Alimlər təbii dişi yenidən böyüdən dərman hazırladılar
Dişlərini itirmiş milyonlarla insan üçün ümidverici xəbər var. Yapon alimləri təbii dişlərin yenidən böyüməsini təmin edən dərman hazırlayıblar.
Publika.az xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
Bildirilib ki, dərman “USAG-1” adlı zülalı basdırmaqla işləyir. Mütəxəssislər bu zülalın siçan və ferretlərdə diş inkişafına mane olduğunu müəyyənləşdiriblər. Məlum olub ki, “USAG-1”-in qarşısının alınması ilə diş böyüməsi aktivləşir.
Tədqiqatın baş müəlliflərindən biri Katsu Takahaşinin sözlərinə görə, ferretlər insanlara oxşar diş quruluşuna malik olduqları üçün sınaqların bu canlılarda aparılması xüsusi əhəmiyyət daşıyır. Yaponiyada bu dərmanla bağlı insan üzərində ilk sınaqların yaxın aylarda başlaması planlaşdırılır. 11 ay davam edəcək klinik testlərin ilk mərhələsində 30-64 yaş arası, bir dişi olmayan 30 kişi iştirak edəcək.
Əgər sınaqlar uğurlu olarsa, növbəti mərhələdə dörd dişi əskik olan 2-7 yaşlı uşaqlar üçün də testlər keçiriləcək. Tədqiqatçılar dərmanın 2030-cu ilə qədər bazara çıxarılacağını gözləyirlər.
Araşdırma “Dentistry Today” jurnalında dərc olunub.
Roza
-
Digər14:04Polis 4 dostu ilə 19 yaşlı qızı zorladı
-
Region13:54Paşinyanın super avtomobilinin super nömrəsi – FOTO
-
MDB13:44Ruslar Çin təyyarələrində niyə tez-tez həbs olunurlar?: İlginc səbəb
-
Hadisə13:13Təyyarə qəzasında həlak olan məşhur müğənni ilə bağlı şok iddia: Yuxuda görübmüş ki... - VİDEO
-
Region12:21İranda etirazçılar lazerlərlə belə hədəfə alınırlar - VİDEO
-
MDB09:41Köhnə Yeni ili qeyd etməyin sirri: Keşiş izah etdi
-
Magazin209:00Daha bir əfsanəvi musiqiçi HƏYATLA VİDALAŞDI
-
ABŞ08:48Atasını, qardaşını, əmisini və daha 3 nəfəri qətlə yetirdi - ŞOK DETALLAR




















.webp)









