Bloqerlər üçün yeni qaydalar tətbiq olunacaq
Bizi izləyin

Dünya

Bloqerlər üçün yeni qaydalar tətbiq olunacaq

Almaniyada sosial mediadan qazanc əldə edənlər üçün yeni qaydalar tətbiq olunacaq.

Publika.az xəbər verir ki, hökumət vergisiz gəlirlərə son qoymaq məqsədilə sosial media fenomenləri və bloqerlərlə bağlı ciddi nəzarət mexanizmi işə salıb.

Bu məqsədlə xüsusi təhqiqat bölməsi yaradılıb və hazırda sosial media üzərindən gəlir əldə edən şəxslərin vergi öhdəlikləri araşdırılır. Məlumata görə, 6 minə yaxın iş üzrə yoxlama aparılır və nəticədə yüzlərlə bloqerin milyonlarla avro məbləğində cərimələnəcəyi gözlənilir.

Yerli mətbuat yazır ki, Almaniyada 73 milyon sosial media istifadəçisi var və onların böyük hissəsi platformalardan qazanc əldə edir.

Bəzi fenomenlərin yüksək vergilərdən yayınmaq üçün xaricdə, xüsusilə Dubayda yaşayırmış kimi göründükləri, amma vaxtlarının çoxunu Almaniyada keçirdikləri iddia edilir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm