Vuçiçdən Türkiyə mesajı: Kosova prezidenti belə reaksiya verdi
Bizi izləyin

Dünya

Vuçiçdən Türkiyə mesajı: Kosova prezidenti belə reaksiya verdi

Serbiya prezidenti Aleksandar Vuçiç məqsədinin Türkiyə ilə ən yaxşı əlaqələr qurumaq olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bununla bağlı “X” hesabından paylaşım edib.

"Türkiyə ilə münasibətlərin ən yaxşısını istəyirik. Türkiyə ilə əlaqələrimizdə qızıl çağı yaşayırıq", - deyə prezident qeyd edib.

Vuçiç daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da oxşar mövzuları müzakirə etdiyinə diqqət çəkib: "Ərdoğanla yenidən görüşəcəyəm. Böyük və uğurlu bir ölkənin liderindən danışırıq. Ankaranı küllərindən qaldıran, İstanbulun çöhrəsini dəyişən, Mustafa Kamal Atatürkdən sonra Türkiyənin ən böyük lideri olan bir şəxs. O, ölkəmizdə həmişə xoş qarşılanacaq. Mənim işim yaxşı münasibətlər qurmaqdır”.

Kosovo prezidenti Vjosa Osmani də “X” paylaşımında Vuçiçin açıqlamalarını təqdir edib. O, Türkiyənin böyük bir NATO ölkəsi olduğunu və Serbiyanın Rusiya, Çin və İran yerinə NATO üzvü ölkələrlə yaxın əlaqələr qurmaq lazım olduğunu bildirib.

Osmani vurğulayıb ki, onlar NATO standartları əsasında müdafiə imkanlarını modernləşdirərək, xalqlarının sülh və sabitliyini təmin etməklə NATO müttəfiqləri ilə əlaqələri gücləndirməyə davam edəcəklər.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm