Dünya
BƏƏ alqışladı: Bu müharibəyə Türkiyə son qoydu

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Pakistan və Əfqanıstan arasında əldə olunan atəşkəs razılaşmasında Türkiyənin vasitəçilik səylərini yüksək qiymətləndirib.
Publika.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Pakistan və Əfqanıstan arasında dərhal atəşkəsin yaradılması və iki ölkə arasında sabitliyin möhkəmləndirilməsinə dair əldə edilən razılaşma alqışlanıb.
Həmçinin, Qətər və Türkiyənin konstruktiv dialoqu inkişaf etdirmək və iki tərəf arasında razılaşmanı asanlaşdırmaq üçün intensiv diplomatik səyləri yüksək qiymətləndirilib.
Vurğulanıb ki, BƏƏ regionda təhlükəsizlik və sabitliyi gücləndirəcək, Pakistan və Əfqanıstan xalqlarının sülh və inkişaf istəklərini yerinə yetirəcək bütün səyləri dəstəkləyir.
Xatırladaq ki, oktyabrın 19-da Əfqanıstan və Pakistan arasında atəşkəs razılaşması əldə olunub. Türkiyə və Qətərin dəstəyi ilə Qətərin paytaxtı Dohada Pakistan və Əfqanıstan arasında münaqişə ilə bağlı danışıqlar aparılıb.
Roza
-
Köşə13:06
Abubakarın “Neftçi”yə transferində Adnan Əhmədzadə izi
-
Rəsmi xronika12:58
İlham Əliyev fərman imzaladı
-
Dünya12:40
Türkiyənin yeni pilotsuz təyyarəsi F-35-ləri təhdid edir - İsraildən etiraf
-
İdman12:07
Məktəb direktorunun möcüzəsi: Balıqçılar kəndinin nağıl dolu çempionluq hekayəsi
-
Rəsmi xronika12:02
İlham Əliyev sərəncam imzaladı
-
Sağlamlıq11:21
Bu uşaq pudrası xərçəng yaradır: Minlərlə insan...
-
Elm və təhsil10:48
NASA alimləri dəqiq hesablama apardılar: Yerdəki həyat bu tarixdə bitəcək
-
İdman09:28
Türk jurnalistdən Qurban Qurbanova jest: Elə bir VİDEO hazırladı ki...