ABŞ-dan müharibə mesajı: Bu iki ölkə Türkiyəyə qarşı ittifaq qurur?
Bizi izləyin

Dünya

ABŞ-dan müharibə mesajı: Bu iki ölkə Türkiyəyə qarşı ittifaq qurur?

ABŞ Dəniz Piyadaları Komandiri general Erik Smit yaxınlaşan böyük qarşıdurmaya işarə edib.

Publika.az xəbər verir ki, o, bu barədə Dəniz Piyadaları Korpusunun yaranmasının 250-ci ildönümü mərasimində danışıb.

"İnanın mənə. Qarşıdan növbəti müharibə gəlir. Dəniz Piyadaları hazır olacaq. Döyüşməyə, qələbəyə hazırdır", - deyə general qeyd edib.

Yunan mətbuatı bu mesajı ABŞ-Türkiyə-Yunanıstan üçbucağı kontekstində şərh edib. Yunan əsilli ABŞ ordusunun zabiti general Endryu Poppas Avropada Rusiyaya qarşı planlar kontekstində Birləşmiş Ştatlar ordusunun Yunanıstanla olan xüsusi münasibətini vurğulayıb.

"ABŞ və Yunanıstan arasındakı strateji münasibətlərin uzun illər əvvələ dayanan möhkəm təməli var. Yunanıstan kimi bir müttəfiqlə birlikdə hərəkət etmək və mübarizə aparmaq ortaq baxışlarımızı gücləndirir. Şimali Avropaya qüvvələr yerləşdirməyə ehtiyac duyduğumuz zaman bu, Yunanıstan vasitəsilə edilir. Planlarımız Yunanıstandan keçir. Cənub sərhədlərimizdə təmin etdiyiniz limanlar, obyektlər, logistik dəstək və təhlükəsizlik əlaqələrimizin mühüm hissəsidir”, - general qeyd edib.

"Pentapostagma" xəbər agentliyi Erik Smitin və Poppasın bu açıqlamalarını Türkiyəyə qarşı ittifaq əlaməti kimi şərh edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm