"Qadın Bond" bu yolla Putinə meydan oxudu - FOTO
Bizi izləyin

Dünya

"Qadın Bond" bu yolla Putinə meydan oxudu - FOTO

Britaniyanın MI6 Kəşfiyyat Xidmətinin ilk qadın rəhbəri kiber müharibədə ittiham etdiyi Rusiyaya arı formasında yaxa nişanı ilə meydan oxuyub.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Bildirilib ki, agentliyin yeni rəhbəri 48 yaşlı Blez Metreveli dünən Londonda keçirilən mətbuat konfransında ilk dəfə ictimaiyyətə təqdim edilib.

Rusiyanı Ukrayna ilə sülh bağlamağa hazır olmamaqda və Britaniyaya qarşı kiberhücumlar həyata keçirməkdə günahlandıran Metreveli taxdığı yaxa nişanı ilə diqqət çəkib.

Onun qızılı rəngli metaldan hazırlanmış və xüsusi daşlarla bəzədilmiş vintaj üslublu arı fiqurlu nişanı ilə Rusiya prezidenti Vladimir Putinə xəbərdarlıq etdiyi şərh edilib.

Məlumata görə, əvvəllər MI6-da texnologiya direktoru olan Metreveli casus texnologiyası və böcək formasında dinləmə cihazları haqqında çox məlumatlıdır. Metrevelinin Putinə mesaj göndərmək üçün seçdiyi zərgərlik əşyaları məşhur Britaniya casus filmi "Ceyms Bond"u xatırladıb. Ceyms Bond filmlərində "Miss Moneypenny" obrazı dinləmə cihazlarını simvolizə edən böcək formalı nişan taxırdı.

"Daily Mail" bu səbəbdən Metrevelini xəbərdə "Qadın Bond" kimi təsvir edib.

Qeyd edək ki, casuslar dünyasında böcəklər dinləmə cihazlarını təmsil edir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm