Dünya
Tramp Makronla yazışmaları niyə yayıb? - Fransa prezidentindən reaksiya
Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın onunla şəxsi yazışmaları internetdə yaymasına münasibət bildirib.
Yanvar ayında Donald Tramp Fransa prezidenti ilə şəxsi yazışmanın bir hissəsini dərc etmişdi. Makron, digər məsələlərlə yanaşı, Vaşinqtonun Qrenlandiya ilə bağlı hərəkətlərindən narazılığını bildirmiş və 22 yanvarda Parisdə Ukrayna, Rusiya, Danimarka və Suriyanın iştirakı ilə G7 görüşünün keçirilməsini təklif etmişdi.
Bundan əlavə, iki prezident arasında şəxsi görüş və birgə şam yeməyi təklifi müzakirə olunub.
Publika.az xəbər verir ki, yazışmaların dərc olunması ilə bağlı şərh verən Makron hər hansı sərt mühakimə yürütməkdən çəkinib.
Jurnalistlərin ABŞ prezidentinin belə bir hərəkətini nəzakətsizlik hesab edib-etmədiyi barədə sualına Fransa lideri cavab olaraq bildirib ki, vəziyyəti qiymətləndirmək hüququnu başqalarına buraxır.
"Mən həqiqətən inanıram ki, hörmət liderliyin bir hissəsidir. Fikirlərinizi bölüşə və ya paylaşmaya bilərsiniz, fikir ayrılığına düşə bilərsiniz, amma bu, hörmətlə edilməlidir.
Hörmət sivilizasiya prosesi ilə birlikdə formalaşıb. O, ildən-ilə, onilliklər ərzində daha yaxşı ola bilməyimiz üçün qurulub.
Düşünürəm ki, liderlərin geriyə yox, irəliyə doğru hərəkət etdiyini görmək insanlar üçün çox xoşdur", - deyə Fransa prezidenti bildirib.
Tural
-
Dünya16:09Real güzəştlərə hazırıq - Zelenski təslim olur?
-
İqtisadi gündəm15:24Minik avtomobillərinin ən baha olduğu ölkələr: Rusiyada 4 ildə qiymət bu qədər artıb
-
Nida Xəbər 14:24Talıbovun oğlunun həbsinə hazırlıq gedir? - Yeni detallar
-
Magazin213:54Kardaşyan izləyicilərini heyran etdi: Yenə soyundu - Fotolar
-
Magazin113:48Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
-
Nida Təhlil 13:42Vaşinqtonda təxribat: Həmin qüvvələr Azərbaycana qarşı sistemli fəaliyyət göstərir
-
Sosial13:18Məcburi köçkündən ev sahibinə 10 minlik “hədiyyə” - Video/Foto
-
Nida Xəbər 12:42Yeni cərimələr qəbul edildi - 550 manatdan 2500-ə qədər











.jpg)

.png)








.jpg)















