Dünya
İsrail həyəcan təbili çalır: Tramp İrana "bir doza oksigen və adrenalin" verdi
ABŞ prezidenti Donald Trampın İranla münaqişənin uzun çəkməyəcəyi ilə bağlı açıqlaması İsrail mediasında narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, İsrailin “Maariv” qəzetinin iddiasına görə, bu açıqlama İran və "Hizbullah" üçün bir növ “oksigen və adrenalin dozası” rolunu oynaya bilər.
Nəşr yazıb ki, əgər müharibə qısa müddətdə bitərsə və İran rejimi dağılmazsa, Tehran bunu böyük qələbə kimi təqdim edəcək.
İsrailli jurnalist Avi Aşkenazinin sözlərinə görə, ABŞ-da artan benzin qiymətləri, daxili siyasi təzyiq və müharibənin amerikalı vergi ödəyicilərinə baha başa gəlməsi Trampı münaqişəni tez bitirməyə sövq edir.
Məqalədə İsraildə əsas qorxunun ABŞ-ın müharibədən tez çəkilməsi olduğu qeyd olunur. İsrail tərəfi hesab edir ki, belə olarsa, ölkə regionda tək qala bilər. Xatırladılıb ki, ABŞ daha əvvəl Yəməndə husilərə qarşı bir neçə günlük hava hücumlarından sonra əməliyyatı dayandırıb və mübarizə əsasən İsrailin üzərinə qalıb.
İsrail mediasına görə, İran hücumlardan sağ çıxarsa və nüvə proqramı ciddi zərər görməzsə, regionda güclü dövlət kimi mövqeyini daha da möhkəmləndirə bilər.
Buna görə də İsrail ordusu İrana qarşı hücumların genişləndirilməsini zəruri hesab edir. Məlumata görə, Hərbi Hava Qüvvələri artıq İrana yeni hücum dalğaları başlayıb və yaxın günlərdə əməliyyatların daha da intensivləşəcəyi gözlənilir.
Roza
-
MDB15:28Dollar kəskin bahalaşdı - Nə baş verir?
-
Elm və təhsil15:02Nazir Xankəndidə riyaziyyat dərsi keçdi - Video
-
İdman14:14İtaliya bu qadın hakimdən danışır: Azarkeşlər tələb edirlər ki... - FOTOLAR
-
İqtisadi gündəm14:08Bakı zəmanət verdi: Azərbaycanın bu ölkədə idarə etdiyi liman sanksiyadan qurtuldu
-
Nida Xəbər 13:59Humanitar yük aparan maşınlar sərhədi keçdi - FOTO/VİDEO
-
MDB12:40Rusiya iqtisadiyyatı problemlə üz-üzə - Böhran qaçılmazdır
-
Köşə12:34Açın pərdələri, o gəlir - 153-cü bahar...
-
İdman12:28Futbolda dəhşət: Rəqibinin ayağını sındırdı, kütləvi dava düşdü - FOTO/VİDEO














.jpg)





















