Dünya
Cənubi Koreya Şimaldan üzr istədi: Bu insidentə görə
Cənubi Koreya prezidenti Li Ce Myen özəl dronların Şimali Koreya ərazisinə uçmasına görə üzr istəyib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
"Hökumət bunu etməsə də, bu ehtiyatsız davranışın yaratdığı lazımsız hərbi gərginliyə görə Şimaldan üzr istəyirəm", - deyə siyasətçi bildirib. O, bu cür təxribatları qəbuledilməz adlandırıb.
Yanvarın əvvəlində Pxenyan Cənubi Koreya dronlarının 27 sentyabr və 4 yanvar tarixlərində hava məkanını pozduğunu açıqlayıb. Koreya Respublikasının silahlı qüvvələri raket buraxılışlarında iştirakını təkzib edib və hakimiyyət şübhəli şəxslərlə bağlı araşdırma başlayıb.
Şimali Koreya lideri Kim Çen In bir müddət əvvəl KXDR-in 15-ci Ali Xalq Məclisinin birinci sessiyasındakı əsas çıxışında Cənubi Koreyanı rəsmi olaraq “düşmən ölkə” adlandırıb.
Müəllif: Tural
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
























.png)

.jpg)





