Dünya
İsraildən Fransa ilə bağlı mühüm qərar: Bütün müqavilələr ləğv edildi
İsrail Fransa ilə bütün müdafiə müqavilələrini və hərbi avadanlıq alışlarını dayandırıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, alışlar Fransanın İsrail təyyarələrinin İrana qarşı hava məkanından istifadəsinə icazə verməməsi səbəbindən dayandırılıb. Fransanın müdafiə naziri Ketrin Votrin ilə də bütün əlaqələrin kəsildiyi vurğulanıb.
İsrail mətbuatında yer alan xəbərlərə görə, ümumiyyətlə iki ölkə arasında münasibətlər İsrailin 2023-cü ilin oktyabr ayında Qəzzada başlatdığı hücumlardan sonra gərginləşməyə başlayıb. Fransanın İsrailə qarşı düşmən mövqeyi tutduğu və buna görə də iki ölkə arasında təhlükəsizlik müqavilələrinin dayandırıldığı bildirilib.
Müəllif: Roza
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)
-
Qoroskop00:15Günün ULDUZ FALI - Siz artıq doğru yoldasınız
-
Sosial00:00Əhəd Abıyev bir ildə ikinci qardaşını itirdi - FOTO
-
Region5 May 22:12Tehranda dəhşətli yanğın: çox sayda yaralı var - VİDEO
-
Elm və təhsil5 May 22:00Cəlilabadda gənc müəllim vəfat etdi
























.png)

.jpg)





