Kim Çen Indan şok qərar: Hakimiyyəti ona təhvil verir
Bizi izləyin

Dünya

Kim Çen Indan şok qərar: Hakimiyyəti ona təhvil verir

Kim Çen Indan şok qərar: Hakimiyyəti ona təhvil verir

Şimali Koreya lideri Kim Çen In ölkənin gələcək taleyi ilə bağlı hər kəsi təəccübləndirən addım atıb. KXDR lideri hakimiyyəti qızı, son zamanlar ulduzu parlayan Kim Çju Eyə ötürməyə hazırlaşır.

Publika.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, bu barədə beynəlxalq kəşfiyyat üzrə ekspertlər məlumat yayıb.

Son vaxtlar Kim Çju E atasının yanında demək olar ki, bütün dövlət tədbirlərində, xüsusilə də hərbi sənaye və müdafiə ilə bağlı mərasimlərdə görünməyə başlayıb. Hətta bir müddət əvvəl gənc qızın atasının nəzarəti altında şəxsən tank idarə etməsi dünya mediasında böyük əks-səda doğurub.

Ekspertlərin fikrincə, bu, təsadüfi deyil - Kim Çen In artıq indidən "varislik" fikrini formalaşdırır və qızını xalqın gözündə gələcək lider kimi hazırlayır.

Uzun müddət ölkənin ikinci ən nüfuzlu şəxsi hesab edilən Kim Çen Inın bacısı Kim Ye Çjonun taleyi isə sual altındadır. Analitiklər bildirirlər ki, onun real gücü və səlahiyyətləri xeyli məhduddur. Kim Ye Çjonun gələcəkdə dövlət başçısı postunu tutacağı ehtimalı artıq ən zəif ssenari hesab olunur.

Qeyd edək ki, Şimali Koreya liderinin üç övladı olsa da, o, 2022-ci ildən bəri yalnız Kim Çju Eni ictimaiyyət qarşısına çıxarır. Digər övladlarını gizli saxlayan liderin məhz bu qızı ilə dövlət tədbirlərinə qatılması, onun "seçilmiş varis" olduğunu təsdiqləyən ən böyük işarədir.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm