Dünya
NATO-da qalmaqal: Polkovnik Çin casusu çıxdı
Yunanıstan Silahlı Qüvvələrində xidmət edən yunan polkovnikin Çin casusu olduğu aşkarlanması NATO daxilində böyük qalmaqala səbəb olub.
Publika.az “Milliyet”ə istinadən xəbər verir ki, NATO mənbələrindən əldə edilən məlumata görə, məsləhət xidmətləri göstərən Malayziya mərkəzli bir şirkətin “LinkedIn” sosial media tətbiqi vasitəsilə polkovniklə əlaqə saxladığı müəyyən edilib.
Yunan polkovnikin Malayziya şirkəti tərəfindən təşkil edilən Çin səfərində iştirak etdiyi və bu səfər zamanı Çin kəşfiyyatı tərəfindən ələ alındığı məlum olub.
Çindəki görüşlərdən sonra polkovnikin Yunanıstanda Çin kəşfiyyat agentləri ilə də görüşlər keçirdiyi və NATO-nun gizli layihələri və çox vacib texnologiyaları haqqında məlumatları pul qarşılığında satdığı müəyyən edilib.
Kriptovalyuta ilə ödənişlər aldığı bildirilən polkovnik, NATO-nun Yunanıstan hakimiyyətini xəbərdar etməsindən və digər müttəfiq ölkələri məlumatlandırmasından sonra həbs edilib. Qeyd olunub ki, həbsindən sonra yunan polkovnik ona qarşı irəli sürülən ittihamları qəbul edib və Çin üçün casusluq etdiyini etiraf edib.
Müəllif: Roza
-
İKT18:48"WhatsApp" bu funksiyadan imtina edir
-
Köşə17:10“Bu zirvə Everestdən daha böyükdür” - Cəbrayılda dərs deyən müəllim
-
Sosial16:23Evlilikdə gözlənilməz dəyişiklik: Minlərlə qadın ikili...
-
İqtisadi gündəm15:53Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR
-
Magazin114:40Qalmaqal Faiq Ağayevin toyunda başladı - Nazpəri Dostəliyeva
-
Sosial13:58Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?
-
MDB13:51Rusiya Kiyevi “Xəncər”lə vura bilər: Bütün diqqət bu tarixə yönəldi
-
Sosial13:47Kaya Kallas Azərbaycandadır





























.png)

.jpg)





