Dünya
Bu ölkə Avropa və Asiya bazarında Rusiya qazını əvəz etməyi hədəfləyir
Kanada Avropanın və Asiyanın enerji təhlükəsizliyi sahəsində həll yollarından biridir və onun təbii qazı (LNG) bazarda Rusiya qazını əvəz edəcək.
Publika.az xəbər verir ki, bu barədə Kanadanın baş naziri Mark Karni CBC-yə açıqlamasında bildirib.
O, ölkəsinin Avropa və Asiyanın enerji təhlükəsizliyində əsas alternativlərdən biri olduğunu qeyd edib.
Karni Kanadanın Avropanın, xüsusilə də Almaniyanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayıb və bu sahədə Avropa tərəfdaşları ilə əməkdaşlığın daha da genişlənəcəyini əlavə edib.
Qeyd edək ki, məlumata görə, Almaniya və Kanada arasında maye təbii qaz tədarükünə dair böyük sazişin imzalanması planlaşdırılır. Razılaşma çərçivəsində ildə təxminən 1 milyon ton LNG tədarükü nəzərdə tutulur. Bu addım Avropanın enerji mənbələrini şaxələndirmək və Rusiya qazından asılılığı azaltmaq məqsədi daşıyır.
Müəllif: Roza
-
Ekologiya14:00Bakıda hava kəskin dəyişir: 3 günün - PROQNOZU
-
Rəsmi xronika13:33Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı oldu - FOTO
-
Sosial13:2460-cı illərin sirri açıldı: Övladınızı gələcəkdə bədbəxt etmək istəmirsinizsə, bu səhvi etməyin
-
Nida Xəbər 12:40Nuru Paşa, Milli Şura və Gəncə böhranı: 1918-ci ilin gizli siyasi savaşı
-
Magazin112:30Vəfa Şərifovanın canlı ifası tənqid edildi: İstənilən səviyyədə deyil - VİDEO
-
Magazin112:10Tünzalə Ağayeva imicini dəyişdi - VİDEO
-
Rəsmi xronika11:37İlham Əliyev Abiy Əhməd Əlini təbrik etdi
-
Sosial11:10Səməd Vurğunun maşını Bakıya gətirildi - Video






































