Dünya
Ukraynada sürpriz istefa: Fyodorovun aqibəti necə olacaq?
Ukraynanın müdafiə naziri Mixail Fyodorov istefa verdiyini açıqlayıb.
Publika.az xəbər verir ki, Fyodorov istefa ilə bağlı açıqlamasında altı aylıq vəzifə müddətini ümumiləşdirib.
Uğurları arasında Fyodorov ruslar üçün “Starlink”in bağlanmasını, Krımdakı "logistika kilidini" və orta və uzun mənzilli zərbələr üçün dronların alınmasını qeyd edib.
O, "Müdafiə naziri kimi Ukrayna xalqına xidmət etmək böyük şərəf idi" deyə yazıb və əlavə edib ki, ordunu dəstəkləməyə davam edəcək.
12 iyulda Ukrayna Prezidenti Volodimir Zelenski daxili və xarici siyasət strategiyasını yeniləmək üçün kabinetdə dəyişikliklər edildiyini və Baş nazir Yuliya Svırıdenkonun istefaya göndərildiyini elan etdi. Ali Rada bu qərarı dəstəklədi. "Ukrayinskaya Pravda" mənbələrinin məlumatına görə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski ilə "sistemli münaqişə" səbəbindən Fyodorovu vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib. "The Economist" qəzeti nazirin generalın istefasını tələb etdiyini bildirib.
Zelenski Daxili İşlər Naziri İqor Klimenkonu Müdafiə Nazirliyinin yeni rəhbəri təyin etməyi planlaşdırır. Lakin Fyodorv prezidentin komandasında qalacaq. 2026-cı ilin yanvarında Müdafiə Nazirliyinə qoşulmazdan əvvəl o, Baş nazirin müavini və Rəqəmsal Transformasiya naziri vəzifələrində çalışıb. Bu, 2022-ci ildə Rusiyanın işğalından bəri Ukrayna ordusunun rəhbərliyində baş verən beşinci dəyişiklikdir.
Müəllif: Tural
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək
-
ABŞ05:15Vensdən İran və İsraillə bağlı gözlənilməz etiraflar






































