Zelenski ilə Fedorov arasında hakimiyyət savaşı gedir - Sensasion iddia
Bizi izləyin

Dünya

Zelenski ilə Fedorov arasında hakimiyyət savaşı gedir - Sensasion iddia

Zelenski ilə Fedorov arasında hakimiyyət savaşı gedir - Sensasion iddia

Ukraynada əsas siyasi qarşıdurma hərbi rəhbərlik arasında deyil, prezident Vladimir Zelenski ilə keçmiş müdafiə naziri Mixail Fedorov arasında gedir.

Publika.az xəbər verir ki, bunu "Başqa Ukrayna" hərəkatının rəhbəri Viktor Medvedçuk bildirib.

Onun sözlərinə görə, Zelenski Ukrayna Təhlükəsizlik Xidməti (SBU) vasitəsilə Müdafiə Nazirliyi üzərində nəzarəti saxlamağa çalışır.

Medvedçuk iddia edib ki, bu məqsədlə SBU rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara müdafiə naziri vəzifəsini də müvəqqəti icra edən şəxs təyin olunub, Mixail Fedorov isə vəzifəsindən uzaqlaşdırılıb.

Medvedçuk qeyd edib ki, baş verənlər Fedorovla Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasındakı qarşıdurma kimi təqdim olunsa da, əslində söhbət ölkənin ümumi idarəçiliyi uğrunda Zelenski ilə Fedorov arasında gedən siyasi mübarizədən gedir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm