Dünya
Bu ölkədən Trampa açıq çağırış: Rusiyaya təzyiq edin, Ukraynaya yox
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-ı Ukraynada atəşkəsə nail olmaq üçün təzyiqi Rusiyaya yönəltməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə o, PAP agentliyinə müsahibəsində danışıb.
Sikorski iyulun sonunda Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında keçirilən görüşdən sonra atəşkəs ehtimalını şərh edərkən bildirib ki, sülh üçün Vaşinqton Moskvanı daha ciddi təzyiq altında saxlamalıdır.
Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı "sarsıdıcı" sanksiyalar haqqında qanunu qəbul etməsi Kremlə təsir göstərə biləcək əsas addımlardan biri ola bilər.
Nazir əlavə edib ki, hazırda ABŞ bir çox müttəfiq ölkələrə 10-15 faiz gömrük rüsumu tətbiq etdiyi halda, Rusiyaya qarşı hələ də belə bir tədbir görülməyib.
Sikorski, həmçinin danışıqlar aparan nümayəndələrin yalnız Moskvaya deyil, ilk növbədə Kiyevə səfər etməsinin vacibliyini vurğulayıb:
"Yaxşı olardı ki, danışıqları aparanlar ilk dəfə Moskvaya deyil, Kiyevə getsinlər", - deyə o bildirib.
Müəllif: Adəm
-
Rəsmi xronika13:20Samir Şərifov sədr təyin edildi
-
Rəsmi xronika13:06Azərbaycanda Media və Yayım Şurası yaradıldı
-
Nida Xəbər 12:50Aytən Abdullayevaya vəzifə verildi
-
Elm və təhsil12:06Günəş Yeri udacaq: Alimlər bəşəriyyəti xilas edəcək PLAN hazırlayıblar
-
Sosial11:42Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA
-
Region11:00Paşinyan Mişustinlə gizli söhbət etdi: Kameralar hər anı qeydə aldı - VİDEO
-
Sosial10:48Azərbaycanda 10 min manat maaşla işçi axtarılır
-
Elm və təhsil10:00NASA alimindən şok iddia: Yadplanetlilər Yerə gəliblər, bu tarixdən aramızdadırlar


















.jpg)








.jpg)







