Dünya
BMT-dən Kremlin “sülhməramlı planı”na zərbə
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukraynaya sülhməramlıların göndərilməsi üçün şərtləri açıqlayıb.
Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farxan Xak bu barədə qərarın yalnız BMT Təhlükəsizlik Şurasında qəbul edilə biləcəyini deyib.
Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında bu məsələnin müzakirəyə çıxarılması üçün Ukraynadan müraciət daxil olmalıdır. BMT-nin rəsmi nümayəndəsi qeyd edib ki, qurum hazırkı mərhələdə bu məsələ ilə bağlı aparılan müzakirələrdən xəbərsizdir.
Xatırladaq ki, dünən Moskvada keçirdiyi brifinqdə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaş Donbas hövzəsinə sülhməramlıların göndərilməsi ideyasının prinsip etibarilə müzakirə oluna biləcəyini bildirib: “Sabahkı görüşdən (Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkelin Rusiya prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulur – Ö.D.) asılı olmayaraq demək istəyirəm ki, bu cür ideyalar ekspertlər səviyyəsində müzakirə edilir. Sabah prezidentlərin görüşündə də sülhməramlıların Donbasa göndərilməsi ideyası müzakirə edilə bilər. Amma dəqiq fikir söyləmək çətindir. Danışıqların gedişatına baxacağıq”, - Lukaş deyib.
Ukraynalı ekspertlər hesab edir ki, Rusiya sülh missiyası bəhanəsi ilə Donbas hövzəsinin işğal edilmiş ərazilərində yerləşdirdiyi qoşunlarını leqallaşdırmaq niyyətindədir.
Ömər Dağlı
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq























.jpg)










