Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA
Bizi izləyin

Dünya

Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA

Britaniya istehsalı PUA-lar Rusiyaya zərbələrdə istifadə olunur - İDDİA

Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrdə Britaniya istehsalı pilotsuz uçuş aparatlarından istifadə etdiyi bildirilir. Britaniya mediasının hərbi mənbəyə istinadən yaydığı məlumata görə, bu PUA-lar iki Britaniya şirkəti tərəfindən hazırlanıb.

Publika.az xəbər verir ki, söhbət Rusiyanın müxtəlif regionlarındakı infrastruktur obyektlərinə hücumlarda istifadə olunan uzaqmənzilli dronlardan gedir.

Məlumata görə, Britaniya istehsalı PUA-lardan Rusiyanın Volqoqrad və Yaroslavl vilayətlərindəki neft emalı obyektlərinə qarşı hücumlarda istifadə olunub. Onlardan birinin "Nyan" adlı reaktiv mühərrikli dron olduğu bildirilir. Bu PUA-nı Britaniyanın "Callen-Lenz" şirkəti hazırlayıb.

"Nyan" dronlarının əsas xüsusiyyətlərindən biri onların radarlar üçün nisbətən az görünən olmasıdır. Bununla belə, Rusiya tərəfinin istifadə etdiyi “Pantsir” hava hücumundan müdafiə sistemlərinin bu tip hədəfləri vurmaq imkanına malik olduğu qeyd edilir.

Qeyd edək ki, avqustun 18-nə keçən gecə və səhər saatlarında Moskva vilayətinə də kütləvi PUA hücumu həyata keçirilib. Rusiya rəsmilərinin məlumatına görə, Moskva vilayəti üzərində 150-dən çox dron vurulub.

Bu məlumatlar fonunda Londonla Moskva arasında gərginlik də artır. Rusiya Britaniyanı Ukraynaya verilən dronların Rusiyaya qarşı istifadə olunmasına görə hədələyib. Britaniya Müdafiə Nazirliyi isə Ukraynaya dəstəyi davam etdirəcəyini bildirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm