Yunanıstandan Türkiyəyə hədə dolu mesaj: Bütün ssenarilərə hazırıq
Bizi izləyin

Dünya

Yunanıstandan Türkiyəyə hədə dolu mesaj: Bütün ssenarilərə hazırıq

Yunanıstandan Türkiyəyə hədə dolu mesaj: Bütün ssenarilərə hazırıq

Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Türkiyə ilə münasibətlər və bölgədə mümkün gərginlik ssenariləri barədə diqqətçəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, Gerapetritis Yunanıstanın hazırda bölgədə hər hansı təhlükə görmədiyini, lakin mümkün gərginlik və təzyiq artımına qarşı bütün ssenarilərə hazır olduğunu bildirib.

“Böhranların qarşısını almaq və sülhü təmin etmək üçün çalışırıq. Eyni zamanda bütün mümkün inkişaflara qarşı ayıq-sayıq vəziyyətdəyik. Lazım gələrsə, sahədə müdaxilə edərik”, - deyə yunan nazir bildirib.

Gerapetritis həmçinin Yunanıstanın ərazi sularını 12 dəniz milinə qədər genişləndirmək hüququndan heç vaxt imtina etmədiyini vurğulayıb. Yunan nazir bu addımın beynəlxalq dəniz hüququndan irəli gələn birtərəfli hüquq olduğunu bildirib, lakin bunun nə vaxt həyata keçiriləcəyinə dair tarix açıqlamayıb.

Bununla yanaşı, Gerapetritis Türkiyə ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib: “Əlaqə kanalları mövcuddur. Türkiyə ilə dialoq davam etməlidir. Bu, zərurətdir".

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm