Şübhəli ölüm: Keçmiş MİT əməkdaşının məzarı açılır
Bizi izləyin

Dünya

Şübhəli ölüm: Keçmiş MİT əməkdaşının məzarı açılır

Şübhəli ölüm: Keçmiş MİT əməkdaşının məzarı açılır

2011-ci ildə Silivri həbsxanasında şübhəli şəkildə həyatını itirən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq yenidən gündəmdədir.

Publika.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.

Bildirilib ki, Silivri Respublika Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində Kozinoğlunun qəbrinin açılması və meyitinin eksqumasiya edilməsi barədə qərar qəbul olunub.

İstintaq zamanı hadisə vaxtı Silivri həbsxanasında çalışan 11 şübhəli şəxs barəsində hüquqi tədbir görülüb. Onlardan 10-u saxlanılıb, digər şübhəlinin isə FETÖ işi üzrə xaricdə qaçaq olduğu müəyyən edilib.

Qəbrin açılması qərarı prokurorluğun tələbi əsasında verilib. Meyitin ekspertizadan keçirilməsi ilə Kozinoğlunun ölümünün səbəbləri ilə bağlı yeni məlumatların əldə ediləcəyi gözlənilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm