Çinin “Nostradamusu”ndan 2027-ci il üçün qorxunc proqnoz: Vətəndaş müharibəsi və...
Bizi izləyin

Dünya

Çinin “Nostradamusu”ndan 2027-ci il üçün qorxunc proqnoz: Vətəndaş müharibəsi və...

Çinin “Nostradamusu”ndan 2027-ci il üçün qorxunc proqnoz: Vətəndaş müharibəsi və...

Çinin “Nostradamusu” kimi tanınan kanadalı akademik və siyasi şərhçi Jiang Xueqin ABŞ-ın gələcəyinə dair yeni proqnozları ilə gündəmə gəlib.

Publika.az Çin mediasına istinadən xəbər verir ki, Xueqin 2027-ci ili kritik dönüş nöqtəsi kimi qiymətləndirir.

Onun fikrincə, siyasi qütbləşmə, iqtisadi problemlər və müharibə xərclərinin eyni vaxtda artması ABŞ-da ciddi sosial gərginliyə səbəb ola bilər.

Akademik bu proseslərin bir-birini tətikləməsi nəticəsində kütləvi etirazlar, üsyanlar və yerli qarşıdurmaların baş verə biləcəyini, daha sonra isə ölkədə vətəndaş müharibəsi və “böyük qırılma” riskinin yarana biləcəyini iddia edir.

İranla müharibə ssenarisi

Xueqinin ssenarisində ABŞ-İran qarşıdurması xüsusi yer tutur. O, mümkün müharibənin yalnız hava hücumları ilə məhdudlaşmayaraq quru əməliyyatlarına çevrilə biləcəyini düşünür. Onun sözlərinə görə, belə bir müharibə 10, hətta 20 il davam edə bilər. Xueqin daha əvvəl ABŞ-ın İranda uzunmüddətli müharibəyə sürüklənə biləcəyini bildirmiş və hətta dörd illik müharibəni belə “ən müsbət ehtimal” adlandırıb.

Məcburi hərbi xidmət iddiası

Xueqin müharibənin uzanması halında ABŞ-da məcburi hərbi xidmətin yenidən tətbiq oluna biləcəyini də irəli sürür. Onun iddiasına görə, hətta 18 yaşlı kişilərin hərbi xidmətə çağırılması gündəmə gələ bilər.

Hörmüz boğazı və qlobal iqtisadi böhran

Xueqin mümkün İran müharibəsinin qlobal iqtisadiyyata ciddi zərbə vura biləcəyini də düşünür. Onun fikrincə, Hörmüz boğazının uzun müddət bağlanması neft və təbii qaz təchizatında problemlərə, enerji qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Bu isə gübrə və kənd təsərrüfatı xərclərini artıraraq ərzaq qiymətlərinin bahalaşmasına və sosial narazılığın dərinləşməsinə gətirib çıxaracaq.

2030-a doğru qütbləşmə artacaq

Xueqin proqnozlarını 2027-ci illə məhdudlaşdırmır. O, 2030-cu ilə doğru ABŞ və Avropada “qlobalçılar” və “millətçilər” arasında siyasi mübarizənin daha da kəskinləşəcəyini iddia edir.

Akademik həmçinin Donald Trampın 2028-ci ildə üçüncü dəfə prezident seçilə biləcəyi barədə mübahisəli ssenari səsləndirib. Lakin ABŞ Konstitusiyasına əsasən prezidentin iki müddətdən artıq seçilməsi mümkün deyil.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm