Şaraa ilə Hakan Fidan görüşdü: Regiondakı son hadisələr müzakirə olundu
Bizi izləyin

Dünya

Şaraa ilə Hakan Fidan görüşdü: Regiondakı son hadisələr müzakirə olundu

Şaraa ilə Hakan Fidan görüşdü: Regiondakı son hadisələr müzakirə olundu

Suriya Prezidenti Əhməd Əl Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat yayıb.

Görüş zamanı Suriya ilə Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər, həmçinin regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi də vurğulanıb. Bunun regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm