ABŞ-da yəhudi qurumlarının təhlükəsizliyinə çəkilən xərc: Şok məbləğ
Bizi izləyin

Dünya

ABŞ-da yəhudi qurumlarının təhlükəsizliyinə çəkilən xərc: Şok məbləğ

ABŞ-da yəhudi qurumlarının təhlükəsizliyinə çəkilən xərc: Şok məbləğ

ABŞ-da yəhudi qurumlarının təhlükəsizliyinə çəkilən illik xərclər ilk dəfə 1 milyard dolları ötüb.

Publika.az xəbər verir ki, bununla bağlı Şimali Amerika Yəhudi Federasiyaları qurumu hesabat dərc edib.

Hesabata görə, sinaqoqların, məktəblərin və icma mərkəzlərinin qorunmasına ildə təxminən 1,02 milyard dollar xərclənir ki, bu məbləğ son iki ildə 33 faiz artıb.

Xərclərin böyük hissəsi silahlı mühafizəçilərin xidmətinə yönəldilir. Təxminən 150 milyon dollar isə binaların polad qapılar və müşahidə kameraları ilə gücləndirilməsinə sərf olunur. Hesablamaya minlərlə restoran və digər biznes daxil edilməyib.

Məlumata görə, yəhudi qurumlarının öz vəsaitləri hesabına təhlükəsizliyə ayırdığı məbləğ ABŞ federal hökumətinin ölkə üzrə riskli qurumlara ayırdığı yardım fondunun üç mislinə bərabərdir.

Bildirilir ki, dövlət dəstəyinin yetərsiz olması fonunda 7 mindən çox mülki könüllü hər həftə sinaqoqların qarşısında növbə çəkir. Ümumi nifrət cinayətlərində azalma qeydə alınsa da, yəhudilərə qarşı fiziki hücumların son 46 ilin ən yüksək səviyyəsinə çatdığı bildirilir.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm