Avropadan Kanadaya edilən təklif aranı qarışdırdı: Hüquqi sistemdə mövcud deyil
Bizi izləyin

Dünya

Avropadan Kanadaya edilən təklif aranı qarışdırdı: Hüquqi sistemdə mövcud deyil

Avropadan Kanadaya edilən təklif aranı qarışdırdı: Hüquqi sistemdə mövcud deyil

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin Kanadaya Avropa İttifaqında “assosiativ üzv” statusunun verilməsi ilə bağlı təklifi Brüsseldə və Ottavada anlaşılmazlıq yaradıb.

Publika.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Aİ-nin iqlim üzrə komissarı Vopke Hukstra təşəbbüsü “öyrənilməmiş ərazi” adlandırıb. O bildirib ki, belə bir model Avropa İttifaqının hüquqi sistemində mövcud deyil.

Kanada da təklifə ehtiyatlı yanaşır. Ottavanın Aİ-dəki yeni səfiri Conatan Uilkinson bildirib ki, tərəflər konkret nəticələrə, yoxsa müəyyən status adlandırmalarına diqqət yetirirlər. Baş nazir Mark Karni isə daha əvvəl Aİ ilə münasibətləri “unikal ittifaq” kimi xarakterizə edib.

Brüsseldəki diplomatların sözlərinə görə, fon der Lyayenin təşəbbüsü Aİ-yə üzv dövlətlərlə əvvəlcədən razılaşdırılmayıb. Diplomatlardan biri bunu fon der Lyayenin əvvəlcə təklif irəli sürməsi, daha sonra isə üzv ölkələrdən razılıq almağa çalışması kimi qiymətləndirib.

Digər diplomat isə belə bir statusun yaradılması üçün Aİ-nin əsas müqavilələrinə dəyişiklik edilməsinin lazım gələ biləcəyini bildirib. Onun sözlərinə görə, hazırda bunun üçün üzv ölkələr arasında lazımi dəstək yoxdur.

Daha əvvəl bildirilmişdi ki, təklif ABŞ Prezidenti Donald Trampın da sərt reaksiyasına səbəb olub. Tramp təşəbbüsü “gülünc” adlandırıb və Aİ-nin bu addımını Vaşinqtona qarşı düşmənçilik kimi qiymətləndirəcəyi halda “çox ciddi tariflər” tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm