Dünya
Yeni Dehli seçim qarşısında - ABŞ-a “boyun əysə”, nə baş verəcək?
"Hindistan Vaşinqtonun yeni sanksiya təşəbbüsləri səbəbindən ABŞ-ın xeyrinə öz enerji müstəqilliyindən qurban verməli və tariflərlə bağlı güzəştə getməməlidir".
Publika.az “Moneycontrol” nəşrinə istinadla xəbər verir ki, bu mövqeyi Hindistanın GTRI təşkilatının rəhbəri Acay Şrivastava ifadə edib.
Ekspert vurğulayıb ki, Yeni Dehli Rusiya enerjidaşıyıcılarının idxalını davam etdirməlidir, çünki onlar bazar cəlbediciliyini qoruyub saxlayır. Şarvastovanın fikrincə, Rusiyadan sərfəli alış şərtləri milli iqtisadiyyatın stabilləşdirilməsi və inflyasiya proseslərinin məhdudlaşdırılması üçün mühüm alətə çevrilib.
O, həmçinin ölkə hakimiyyətini ABŞ-ın xeyrinə birtərəfli ticarət preferensiyalarından çəkinməyə çağırıb, qeyd edib ki, bu cür addımlar 1974-cü il Ticarət Qanununun müddəalarının tətbiqi də daxil olmaqla, gələcək Amerika məhdudiyyətlərindən qorunmağa zəmanət vermir.
Sentyabrın 17-də ABŞ Konqresi Rusiya neft və qazının idxalçılarına qarşı sərt tədbirlər nəzərdə tutan qanun layihəsini bəffq edib. Senatorlar Lindsi Qrem və Riçard Blumental tərəfindən hazırlanmış sənəd Rusiya xammalını alan və ya sanksiya rejimindən yan keçməyə kömək edənlər üçün yüz faizlik rüsumların tətbiqini nəzərdə tutur. Amerika tərəfinin bəyanatlarına görə, bu təşəbbüsün əsas məqsədi Rusiya büdcəsinə maliyyə daxilolmalarını azaltmaqdır.
Hüseyn İbadlı
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat
-
Qoroskop00:30Günün ULDUZ FALI - Sevgi həyatınız çiçəklənəcək
-
Sosial00:00“Qalatasaray”dan Çempionlar Liqasında daha bir qələbə
-
İdman3 Noyabr 22:48Bellingemin 50 yaşlı atası millidə debüt etdi - 7 qol vurdu
-
Magazin13 Noyabr 21:48"İndi də Namiq Qaraçuxurlu ilə duet oxumaram"
















.jpg)












.jpg)



