Dünya
Bjezinski: “Rusiyaya nifrət edən bütöv nəsil yaranıb”
“Rusiyanın taktik hədəfi Avropanı öz hərbi gücləri ilə qorxutmaq, strateji hədəfi isə beynəlxalq səhnədə güclü oyunçu kimi Avropanı dağıtmaq və onu ABŞ-dan ayırmaqdır”.
Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Cimmi Karterin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi, tanınmış politoloq Zbiqnev Bjezinski “Twitter” səhifəsindən yazıb.
Onun sözlərinə görə, Ukraynadakı siyasi münaqişə Rusiyaya nifrət edən insanların bütöv nəslinin yaranmasına gətirib çıxaracaq: “Putin və Yanukoviç ukraynalıların Rusiyaya nifrət edən nəslini dünyaya gətiriblər”.
Anti-Rusiya bəyanatları ilə məşhur olan amerikalı politoloq bildirir ki, əgər Avropa Birliyi və ABŞ Rusiyaya qarşı sanksiyaları tətbiq etməsəydi, Ukrayna artıq faktiki olaraq müstəqilliyindən məhrum edilə bilərdi. Onun fikrincə, Rusiya Ukraynanı tutmaqla başqa ölkələrdə, ilk növbədə Baltikyanı ölkələrdə eyni ssenarini təkrarlamaq istəyərdi.
Həmçinin o, qeyd edir ki, rusdilli əhalinin müdafiəsi üzrə Rusiyanın təcavüzkar konsepsiyası “böyük Rusiya” və onun potensialı haqqında yanlış fikirlərə əsaslandırılıb: “Rusiya hökuməti əhalisinin qarşısında məharətlə oynayır. Yalnız etnik ruslar deyil, həm də rus dilində danışanlar qarşısında bunu edir. Bu baxımdan Kreml baxışlarını Estoniya və Latviyadan çəkmir”.
Ömər Dağlı
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
İdman30 May 23:48Parisdə PSJ azarkeşləri ilə polis arasında toqquşmalar başladı - VİDEO
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq
-
Magazin130 May 22:24Babək Niftəliyev efirə 3 oğlu ilə çıxdı - FOTO
-
İdman30 May 20:36Əfsanə geri dönür?
-
Sosial30 May 20:24Depressiya görün necə müalicə edilir - Tibbdə yenilik
-
Magazin130 May 20:12Qızları Rəvanın toyunda - VİDEO






















.jpg)










