Dünya
Britaniya kraliçası parlamenti buraxdı
Martın 30-da Böyük Britaniyada seçki kampaniyasına rəsmən start verilib. Bukingem sarayında keçirilən mərasimdə Britaniya kraliçası II Yelizaveta hazırkı parlamentin səlahiyyətinin başa çatdığını elan edib.
Publika.az xəbər verir ki, bundan qabaqkı bir çox hallardan fərqli
olaraq parlamentin budəfəki buraxılışı formal xarakter daşıyır.
Belə ki, qanunverici orqan ona ayrılan beş illik fəaliyyət
müddətini artıq bitirib. Yeni qaydalara əsasən parlament öz
fəaliyyətini seçkilərə 25 iş günü qalanadək dayandırmalıdır.
Əslində seçki kampaniyası artıq bir neçə aydır ki, davam edir. Bu gündən etibarən finiş xəttinə çıxan kampaniya artıq partiyaların öz tərəfinə daha çox elektorat cəlb etmək cəhdləri ilə yalnız sürət yığacaq.
Seçki məntəqələri bütün ölkədə mayın 7-də açılacaq. Buna baxmayaraq partiyalar arasında mübarizə artıq indidən qızışıb. Mühafizəkarlar partiyasının lideri Devid Kemeron Downing Street küçəsində yerləşən rəsmi iqamətgahının pilləkənlərində kral bəyannaməsini oxuduqdan sonra leyboristləri vergiləri kəskin şəkildə qaldırmaq niyyətində ittiham edib.
Leyboristlərin lideri Ed Milibend də öz növbəsində martın 30-da biznesmenlər qarşısında çıxış edərək mühafizəkarların hakimiyyətə gələcəyi təqdirdə ölkəni gözləyən təhlükə və bu halda Krallığın Avropa İttifaqını tərk etməsi ilə bağlı qaçılmaz referendumun keçiriləcəyi barədə xəbərdarlıq edib. Belə ki, 2017-ci ildə belə bir plebisitin keçirilməsi Devid Kemeronun seçkiqabağı əsas vədlərindən biridir.
Hazırda isə sorğulardan birinin nəticəsinə əsasən, Birləşmiş
Krallığın hər iki əsas siyasi partiyasının reytinqi təxminən
bərabərdir. Digər bir rəy sorğusuna görə isə üstünlük
leyboristlərin tərəfindədir.
-
Region14:36Paşinyanın seçki kampaniyasında qalmaqal - VİDEO
-
MDB14:28Ukrayna son sutkada 1400-ə yaxın hərbçi itirib? - Şok iddia
-
Magazin214:20Trampın qızı qəribə geyimi ilə gündəm oldu - FOTO
-
Magazin214:0249 yaşlı Şakiranın yeni imici - FOTO
-
Enerji13:53İşğalda olan şəhərdə böhran - Benzin talonla alınacaq
-
İqtisadi gündəm12:24Yağışlar məhsuldarlığa mənfi təsir edib? - Bazarlarda meyvələrin qiyməti(VİDEO)
-
Yaxın Şərq11:53İsrail ordusu bu tarixi məkanı ələ keçirdi
-
Ekologiya11:25Azərbaycanın bu ərazisinə qar yağdı - FAKTİKİ HAVA































