Ekologiya
Azərbaycanda MÜHÜM TƏKLİF: Polietilen torbalar...
"10-15 dəqiqə istifadə etdiyimiz polietilen torbaların torpaqda tamam yox olması üçün yüz illər lazım gəlir. Bu tullantılarla dənizlər, göllər, meşələr, çaylar çirklənir"
Publika.az jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Türkən Kərimzadə bildirib.
T.Kərimzadə bildirib ki, hər kəs polietilen torbaların, plastik qabların alternativlərindən-şüşə qablardan, parça və ya kağız torbalardan istifadəyə üstünlük verməlidir:
Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” qarşıya qoyulmuş məqsədə çatmaq üçün bütün maraqlı tərəflərin birgə fəaliyyətini nəzərdə tutur. Bu məqsədlə ilk növbədə həyata keçiriləcək əsas tədbirlərdən biri polietilen torbaların alternativi olan kağız, parça və çox istifadə olunan qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsidir. Bunun üçün polietilen torbaları əvəz edən qablaşdırma vasitələrinin istehsalının genişləndirilməsi və istifadəçilərə təklif edilməsi nəzərdə tutulur".
T.Kərimzadə qeyd edib ki, Tədbirlər Planına uyğun olaraq Nazirlik tərəfindən plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə beynəlxalq təcrübə öyrənilir.
“Böyük Britaniyanın təcrübəsindən yararlanmaq məqsədilə bu ölkədə ezamiyyədə olan zaman plastik və bərk məişət tullantılarının idarə olunması sistemi, əsasən də plastik tullantıların idarə olunması qaydaları ilə yaxından tanış olduq. Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə ETSN tərəfindən təbliğat işləri davam etdirilir”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
