Ekologiya
“Azərsu”dan Bakıdakı üfunət iyi ilə bağlı açıqlama
Böyükşor gölünün ətrafında “Azərsu” ASC-yə məxsus kanalizasiya infrastrukturundan gölə tullantı suları axıdılmır.
Publika.az xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, mövcud şəbəkə ilə toplanan sular yaxınlıqdakı 4 saylı nasos stansiyası vasitəsilə Hövsan Aerasiya Stansiyasina yönəldilir və təmizləndikdən sonra kənarlaşdırılır. Amma gölün ətrafında açıq kanallarla fərdi evlərdən, eləcə də qeyri əhali abonentlərindən və sənaye müəssisələrindən gölə tullantı və sənaye sularının birbaşa axıdılması faktları mövcuddur. Mütəxəssislərimiz ərazidə araşdırma aparıblar və məlum olub ki, 2 gün əvvəl yanğın baş vermiş Sobsan boya fabrikinin tullantı suları da birbaşa Böyükşor gölünə tökülür. Mütəxəssislərimizin araşdırması zamanı gölün üzərində yaşıl təbəqə aşkarlanıb (şəkil əlavə olunur.) Aidiyyati qurumların mütəxəssisləri ərazidə araşdırma aparır və göldə iy-qoxunun nədən yarandığına aydınlıq gətiriləcək”.
Xatırladaq ki, dünən axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. Müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyükşor gölüdür. İlkin ehtimala görə, qoxu gölə axıdılan kanalizasiya suları ilə əlaqədar yaranıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp



























.jpg)
.jpg)





