Ekologiya
Meliorativ tədbirlərin aparılması son dərəcə əhəmiyyətlidir - Deputat
"Prezident İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-ə yeni sədr təyin edərkən, uzun illər ərzində bu sahədə görülmüş işlər barədə məlumat verməklə, təsərrüfatın qarşısında duran əsas vəzifələrlə bağlı tapşırıqlarını verdi. Yeri gəlmişkən qeyd etmək istərdim ki, müasir dünyada hər bir ölkə üçün ərzaq təhlükəsizliyi, bu sahədə xarici bazardan asılılığın aradan qaldırılması, aqrar sektorun inkişafı, ixrac potensialının artırılması, əhalinin məşğulluq məsələlərinin, ekoloji problemlərin həlli ən prioritet məsələlərdən hesab olunur. Bu baxımdan meliorativ tədbirlərin aparılması son dərəcə əhəmiyyətlidir".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Millət vəkili bildirib ki, məhz buna görə Ümummilli Lider Heydər Əliyev, son 17 ildə isə Prezident İlham Əliyev suvarma sistemlərinin yaradılmasına, meliorasiya və irriqasiya işlərinin aparılmasına xüsusi əhəmiyyət verirdilər:
"Su olmadan kənd təsərrüfatının ümumiyyətlə inkişafından söhbət belə gedə bilməz. Cənab Prezidentin təşəbbüsü ilə yaradılmış Şəmkirçay, Taxtakörpü və digər su ambarları olmadan Azərbaycan iqtisadiyyatının inkişafını təsəvvür etmək belə mümkün deyil. Burada uzun illər ölkə Başçısının siyasətini həyata keçirmiş təcrübəli mütəxəssis, peşəkar hidrotexniki mühəndis Əhməd Əhmədzadənin də əməyini qeyd etmək istərdim. Yeni sədrin qarşısında duran məsələlərə gəldikdə, düşünürəm ki, əsas məsələ yeraltı və yerüstü su resurslarından səmərəli istifadə etmək, ən müasir dünya təcrübəsini öyrənməklə suvarma sistemləri üzrə innovativ texnologiyaları tətbiq etmək, torpaqların şoranlaşmasının qarşısını almaq, artıq şoranlaşmış ərazilərin münbitləşdirilərək dövriyyəyə qaytarmaq. Sel sularının, daşqınların qarşısını almaq üçün dağ çayları sistemində sahilbərkitmə işlərinin aparılması.
Yeni su ambarlarının, paylayıcı şəbəkələrin yaradılması və su itkilərinin qarşısını almaqdır".
Millət vəkili söyləyib ki, işğaldan azad olunmuş ərazilərimiz kifayət qədər su ehtiyatlarına malikdir:
"Bu da həm aqrar sektorun inkişafı, eyni zamanda yeni enerji resurslarının yaradılması üçün yeni imkanlar açır. İşləmək, yaratmaq, yeniliklər tətbiq etmək üçün gözəl şərait, ölkə Başçısının dəstəyi mövcuddur. Zaur Mikayılova uğurlar arzulayıram".
Tural Turan
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi


































.jpg)


