Ekologiya
Anomal istilik TƏHLÜKƏSİ: 1,5 dərəcə artacaq...
Çox güman ki, biz artıq yaxın beş ildə qlobal orta temperaturun 1,5°C səviyyəsində artmasını hiss edəcəyik. Bunun qarşısının alınması üçün biz istixana qazı tullantılarının həcmini azaltmalıyıq.
Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı (UMT) tərəfindən hazırlanmış yeni bülletenin müəllifləri xəbərdarlıq ediblər.
Yaxın beş il ərzində orta illik temperatur sənaye öncəsi (1860-1900-cu illərədək) göstəricilərdən ən azı 1°C yüksək olacaq.
Temperaturun hansı ildəsə müvəqqəti 1,5°C səviyyəsinə yüksələcəyi ehtimal olunur. Paris iqlim müqaviləsində məhz bu rəqəm mümkün sayılır.
“Bu, sadəcə statistika deyil. Temperaturun yüksəlməsi buzların əriməsinin sürətlənməsi, dəniz səviyyəsinin yüksəlməsi, getdikcə daha tez-tez müşahidə olunan istilər və digər ekstremal hava hadisələri, həmçinin ərzaq istehsalı, davamlı inkişaf, insan sağlamlığı və ətraf mühit üçün getdikcə daha ciddi nəticələr deməkdir”, - deyə ÜMT-nin baş katibi Peteri Taalas vurğulayıb.
Bununla yanaşı, ÜMT rəhbərinin sözlərinə görə, bu gün texnoloji inkişaf istixana qazı tullantılarının mənbələrini belə izləməyə və onların azaldılması istiqamətində məqsədyönlü tədbirlər görməyə imkan verir.
Klimatoloqların həyəcanlı proqnozları bizi iqlim dəyişikliyinə uyğunlaşma məsələlərinə ciddi yanaşmağa məcbur edir. ÜMT-ə üzv olan 193 dövlətin yalnız yarısı müasir erkən xəbərdarlıq xidmətlərinə malikdir. Bu isə ekstremal hava hadisələrinin fəsadlarını minimuma endirmək üçün son dərəcə zəruridir.
Bu gün ekspertlər proqnozlaşdırırlar ki, yaxın beş ildə orta illik qlobal temperatur, ehtimal ki, sənaye öncəsi göstəricilərdən ən azı 1°C-dən 1,8°C-dək yüksək olacaq.
Xatırladaq ki, Paris iqlim razılaşması indiki yüzillikdə qlobal temperaturun artmasını 1,5°C səviyyəsində saxlamağa yönəlib.
BMT hesab edir ki, cari 2021-ci il və Qlazqodakı noyabr danışıqları iqlim dəyişikliyini cilovlamaq üçün dönüş nöqtəsi olmalıdır. İqlim dəyişikliyi iyunun 11-13-də Böyük Britaniyada keçiriləcək Yeddi Qrupun liderlərinin zirvə toplantısının gündəmində aparıcı məsələlərdən olacaq.
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH













.jpg)





.jpg)

















