Ekologiya
Bakıda yaşıllığı məhv edən xəstəlik yayılır, şam ağacları kütləvi kəsilir - FOTO
Bakıda və şəhərətrafı ərazilərdə şam ağacları sürətli şəkildə quruyur. Xüsusilə Bayıl yamacında xeyli şam ağacı qurumaq üzrədir.
Publika.az xəbər verir ki, bununla bağlı Axar.az-a daxil olan məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) həmin şam ağaclarının kəsilməsi ilə bağlı qərar verib.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov bildirib ki, şəhərdə, o cümlədən regionlarda şam ağaclarının kütləvi quruması faktları var:
“Şam ağaclarının quruması əvvəlki illərə nisbətən kütləvi xarakter alıb. Buna görə də ETSN, Kənd Təsərrüfatı Nazirliyi, AQTA, AMEA, Bakı şəhər İcra Hakimiyyəti və Yaşıllaşdırma İdarəsinin mütəxəssislərindən ibarət işçi qrupu yaradıldı. İlkin araşdırmalardan sonra ağaclarda yaranan xəstəlik və parazitlərin yaranması səbəbindən onların bioloji inkişafdan qaldığı aydın olub. Xəstəliyin digər ağaclara keçməsinin maksimum qarşısının alınması üçün quru ağacların çıxarılması və xüsusi yerlərdə yandırılması təmin edilməkdədir. Xəstəliyin torpağa və ətraf mühitə keçməməsi üçün müvafiq dərmanlama, sanitar işləri Yaşıllaşdırma İdarəsi tərəfindən tənzimlənir. Bu hal Gürcüstanda da baş verib”, - sədr bildirib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





















.webp)













.jpg)


