Ekologiya
XƏBƏRDARLIQ EDİLDİ: dözülməz istilər yaxınlaşır - - VİDEO
Video əlavə olunub.
xxx
Alimlər hesab edir ki, tezliklə qlobal istiləşmə Yer kürəsində həyatı dözülməz hala gətirəcək.
Publika.az xəbər verir ki, bu barədə “Phys.org” saytı məlumat yayıb.
Mütəxəssislərin fikrincə, insanlar artıq ABŞ-dakı Ölüm vadisindən Yaxın Şərqə və Hindistandan Böyük Səhraya qədər son dərəcə narahatedici temperaturlar yaşayır və heç bir tədbir görülməsə, planetin digər yerlərində vəziyyət daha da pisləşəcək.
İqlim üzrə ekspert Zik Hausazer bildirib ki, istiləşmə ekstremal hadisələrin daha tez-tez baş verməsinə səbəb olacaq. Belə ki, bu yay Kaliforniyanın Ölüm vadisində temperatur selsi üzrə 54,4 dərəcəyə çatıb. Bu, Yer kürəsində müasir alətlər tərəfindən qeydə alınan ən yüksək göstəricidir. Məqalədə deyilir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası 2021-ci ilin iyulunun tarixin ən isti il olduğunu bildirib.
Alimlərin qeyd etdiyi kimi, temperaturun yüksəlməsi güclü quraqlıqlara, meşə yanğınlarına, tufanlara və daşqınlara səbəb olacaq. İsti dalğaların sayının artması kənd təsərrüfatına zərər verməklə yanaşı insanlar üçün də ölümcüldür.
Mütəxəssislər belə qənaətə gəliblər ki, temperaturun iki dərəcə yüksəlməsi səbəbindən dünya əhalisinin yarısı hər beş ildən bir belə hadisələrdən əziyyət çəkəcək.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO





































.jpg)

.jpg)