Elm və təhsil
Kitabın üz qabığı dərin məna yükü daşıyır - Qalmaqallı dərsliklə bağlı RƏSMİ AÇIQLAMA
V sinif Azərbaycan tarixi dərsliyinin üz qabığında və içərisində Dədə Qorqudun siqar çəkdiyi əks olunan görüntüsü verilib. Günün ən çox müzakirə edilən bu xəbərinə adıçəkilən dərsliyi hazırlayan müəssisədən “Təhsil NP” MMC-dən cavab verilib.
Qurumdan Publika.az-ın sorğusuna verilən cavabda bildirilir ki, dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır.
“5-ci sinif “Azərbaycan tarixi” dərsliyinin üz qabığında xaqımızın qürur mənbəyi, ədəbiyyatımızın qədim və dəyərli yazılı abidəsi olan “Dədə Qorqud dastanları”nın baş qəhrəmanı Dədə Qorqudun obrazını əks etdirən əsər təqdim olunur. Bu əsərin müəllifi Azərbaycanın Xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Altay Hacıyevdir. O, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin rənglərdə canlanan obrazlarını yaradıb, onlara “Xalqımızın ulduzları” adını verib. Bu rəsmlər uzun illər müxtəlif nüfuzlu sərgi salonlarında nümayiş etdirilib, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bu mənada Azərbaycanımızı, onun qəhrəman keçmişini tanıtdıran və təbliğ edən sənətkarlar arasında Altay Hacıyevin adı xüsusi hörmət və ehtiramla çəkilir. Təsadüfi deyil ki, dərsliyin içərisində də yeri gəldikcə Altay Hacıyevin yaradıcılığına müraciət edilib. Dərsliyin üz qabığının tərtibatı özündə dərin bir məna yükü daşıyır. “Kitabi-Dədə Qorqud dastanları” xalqımızın tarixinin, mədəniyyətinin qədimliyini sübut edən ən tutarlı dəlillərdən biridir.
Çox təəssüf doğuran haldır ki, sənətşünaslar tərəfindən yüksək qiymətləndirilən bu əsər haqqında gülünc iradlar eşidirik. Məlumdur ki, Dədə Qorqudun yaşadığı tarixi dövr və məkanda tütün məmulatından istifadə edilməyib, ümumiyyətlə, tütün Avropaya ilk dəfə XVI əsrdə Amerika qitəsindən gətirilib. Əsərin müəllifi də bu cür iradların absurd olduğunu söyləyib”.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ









.jpg)









.jpg)


















