Elm və təhsil
“Bu təyinat Azərbaycan təhsili üçün uğurlu olacaq” - Ekspert
“Bu gün ölkə başçısı tərəfindən Təhsil Nazirliyində xüsusi təyinat baş tutdu. İlk növbədə yeni Təhsil naziri Emin Əmrullayevi təbrik edirəm. Düşünürəm ki, bu təyinat təhsilimiz üçün uğurlu olacaq”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov deyib.
O bildirib ki, Azərbaycanda artıq bir neçə ildir ki, təhsil sahəsində genişmiqyaslı işlər həyata keçirilir: “Emin Əmrullayev gənc olmasına baxmayaraq, təhsil sektorunda kifayət qədər təcrübəyə malikdir və təhsili, onun problemlərini bilən peşəkar kadrdır. Biz onunla nazirlikdə əməkdaşlıq etmişik və idarəçilik potensialına əminik. Prezident İlham Əliyev yeni naziri qəbul etdikdə təhsillə bağlı bir çox məsələlərə toxundu, uğurlarımızı qeyd etdi. Qeyd olunan uğurlarda, xaricdə təhsil proqramında da Emin Əmrullayevin böyük fəaliyyəti var. Eyni zamanda o, dünyanın ən nüfuzlu ali təhsil müəssisəsinin məzunu olaraq da təhsildə olan yeni trendləri, qarşıda duran əsas vəzifələri bilir. Bu baxımdan da ölkə başçısının toxunduğu və Azərbaycan təhsilində görmək istədiyi məqamların, bu işlərin davamının qarşıdakı illərdə şahidi olacağıq”.
İ.Orucov Emin Əmrullayevin təyinatını bütövlükdə Mikayıl Cabbarovun əsasını qoyduğu, Ceyhun Bayramovun davam etdirdiyi xəttin davamı kimi gördüyünü qeyd edib: “Əvvəlki nazirlər də təhsildə çox gözəl tendensiyaların əsasını qoyublar. Təhsil ilə bağlı nə qədər problemdən danışsaq da, xeyli sayda görülmüş uğurlu işləri də qeyd etməliyik. Azərbaycanda təhsilin bütün pillələrinin inkişafı, orta təhsilin keyfiyyətinin yüksəldilməsi, xüsusilə gənclərin xaricdə təhsil məsələsinin dəstəklənməsi, ali məktəblərin nüfuzunun, keyfiyyətinin artırılması, əmək bazarı üçün peşəkar kadr hazırlığı istiqamətində ali məktəblərin yeri, eyni zamanda peşə təhsilinin inkişafı və əmək bazarı üçün daha çox peşəyönümlü kadr hazırlığının təmin olunması kompleks təşkil edir. Dövlət başçısı çox doğru olaraq bu məsələlərə toxundu”.
Ekspertin sözlərinə görə, Prezident İlham Əliyev hər zaman təhsilə önəm verib və artıq bu gün xaricdə təhsil proqramının uğurlu nəticələrini görürük: “Dünyanın nüfuzlu universitetlərində təhsil almış kadrları biz təhsil sektorunda və digər sahələrdə idarəetmədə görürük. Bütün bunlar Azərbaycanın gələcəyi üçündür. Biz bu kadrları səfərbər edərək ali təhsil müəssisələrimizin imkanlarını genişləndirə bilərik. Ötən il ölkə başçısı ali təhsil müəssisələrinin rəqabətədavamlılığının artırılması ilə bağlı qərar qəbul etdi. Bütün bunlar ölkəmizdə intellektual idarəetmənin öndə olmasına hədəflənib. Bütün sahələrdə yüksək təhsilli kadrların işə cəlb olunması prioritetdir. Bu gün də Prezidentin təhsilin inkişafı ilə bağlı görmək istədiyi və toxunduğu məsələlər prioritet olacaq. Azərbaycan təhsil ictimaiyyəti üçün ölkə başçısının nitqindən irəli gələn məsələlər qarşıdakı illər üçün vacib məsələlər kimi diqqətdə saxlanacaq və inkişaf etdiriləcək. Azərbaycan dünyada təkcə təbii resurslardan asılı ölkə kimi yox, beyinlərlə, intellektual güclərlə idarə olunan və onların gücündən istifadə olunan kapitala malik dövlət kimi tanınmalıdır”.
Akqabay Mıradov
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video






























.png)


.jpg)



