Elm və təhsil
700 bal toplayan Nigar: "Peşman olmaqdan qorxurdum"
İmtahanlarda 700 bal topladığıma görə çox sevinirəm. Bunun üçün ilk növbədə müəllimlərimə, valideynlərimə, mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, bunu müsahibəsində IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayan 125 nömrəli tam orta məktəbin məzunu Nigar Ağazadə söyləyib.
“Ali məktəbə qəbul imtahanlarının birinci cəhdində 697 bal yığmışdım, 700 bal üçün cəmi 3 bal çatmırdı və bu məni çox məyus etmişdi. İkinci dəfə imtahanda iştirak etməkdə çox tərəddüd edirdim. Müəllimlərim və ailə üzvlərim arasında ikinci dəfə imtahanda iştirak etməyimə razı olanlar və olmayanlar da var idi. Ən çox peşman olmaqdan qorxurdum. Buna baxmayaraq ikinci dəfə şansımı sınamaq qərarına gəldim və imtahanda iştirak edərək maksimum nəticəni göstərdim”.
Nigar Ağazadə qeyd edib ki, imtahanların cavabını çox həyəcanla gözləyirdi:
“Ali məktəblərə qəbul imtahanlarına iki il hazırlaşdım. Əvvəlcə birinci ixtisas qrupu üzrə hazırlaşırdım. Lakin X sinfin sonunda fikrimi dəyişərək IV ixtisas qrupu üzrə imtahan verməyi qərara aldım. Ona görə də qarşımda olan bir ili, yəni XI sinifdə təhsil alarkən çox gərgin və məsuliyyətlə çalışdım. Zəhmətimin bəhrəsini görmək məni çox sevindirir. Bu uğuruma görə xüsusən müəllimlərimə, mənə dəstək olan valideynlərimə böyük təşəkkür edirəm. Müəllimlərimin mənə verdikləri təhsilin qarşısında bu uğuru qazandığım üçün çox sevincliyəm”.
Qeyd edək ki, Nigar Ağazadə məktəblərə imtahanlarda hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)