Elm və təhsil
Sertifikasiya məhz bölgələrdən başlamalı idi... - Ekspertdən TƏKLİF
“Müəllimlərin və direktorların əmək haqlarına əlavələrin edilməsi təqdirəlayiq olsa da, icra zamanı bərabərlik prinsipinin pozulduğunu düşünürəm”.
Bunu Publika.az-a iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, bir qrup savadlı müəllimin maaşına 35 faiz artım edildiyi halda, eyni nəticəni göstərməyə qadir digər savadlı müəllimlərə bu imkanın verilməməsi (ya da çox gec verilməsi) və bu səbəbdən artım fürsətindən yararlana bilməməsi doğru deyil.
“Aydın məsələdir ki, sertifikatlaşdırılma mərhələli keçirilir və 150 minə yaxın müəllimi birdəfəyə sertifikasiyadan keçirmək mümkün deyil. Amma sertifikasiyadan keçirilmə mümkün deyilsə də, əmək haqlarına əlavələri ədalətli şəkildə eyni tarixdən etmək olar. Yəni bütün müəllimlərin sertifikasiyadan keçib qurtaracağı ən son müddət elan edilərək, sertifikasiyadan keçən bütün müəllimlərin hər birinin əmək haqqına əlavələr dəqiq eyni bir tarixdə edilir. Məsələn, 2022-ci il tarixindən bütün müəllimləri sertifikasiya etmək mümkün olmadığından, proses 2023-cü ilin sonuna qədər davam edir və sertifikasiyadan keçmə vaxtından asılı olmayaraq 1 sentyabr 2022 və ya 1 yanvar 2023 tarixindən hesablanmaqla bütün uğur qazanmış müəllimlərin əmək haqqına əlavələr edilir. Cənab Prezidentin fərmanı savadlı müəllimlər üçün əla fürsətlər yaradır. Bu, alqışa layiqdir. Sertifikasiyanın test mərhələsində 50 baldan yuxarı bal toplamış müəllimlərin əmək haqqına 35 faiz əlavə əmək haqqı qazanması əladır. Bu o deməkdir ki, tədris etdiyi dərs üzrə müəllim özü 83.3 faizdən çox bilik göstəricisinə malikdirsə, 500 manat maaş alan müəllim bundan sonra hər ay 675 manat, 1000 manat alan müəllim 1350 manat alacaq”.
İqtisadçı hesab edir ki, əla fürsət yaradan fərmanın icrası zamanı bərabərlik prinsipi gözlənilməlidir:
“Amma indi eyni şagird sayına və eyni biliyə malik A şəhərində işləyən müəllimlər B şəhərində işləyən müəllimlərdən bir il sonra sertifikasiya olunursa, onda bu müəllimlər arasında 3 000 manatadək illik əmək haqqı fərqi yaranacaq. Zaman fərqi artdıqca pul fərqi də artacaq. Bu isə bərabərlik şərtini pozur.
Digər bir məsələ direktor və müavinlərinin əmək haqlarına əlavələrin edilməsidir. Təhsildə aparıcı idarəedici şəxslərin maddi təminatının yüksəldilməsi üçün bu, vacib qərardır. Amma burada da icra zamanı razı olmadığım bir məqam var. Direktorların əmək haqqına əlavələrin həcmi məktəbdə oxuyan şagirdlərin sayına görə müəyyən olması doğru yanaşma olsa da, differensasiya sərhədləri həddindən artıq böyükdür. Yəni, differensial yanaşma düzgün olsa da, bir direktora 600 manat, digərinə 1500 manat əlavə doğru deyil. Ona görə ki, differensial yanaşma zamanı minimum (600) və maksimum (1500) arasındakı fərq minimumdan çox olmamalıdır. 1500-600=900. Göründüyü kimi, mövcud fərq minimumun 150 faizini, maksimum isə minimumun 250 faizini təşkil edir. Bu, çox böyük fərqdir. Odur ki, diferensiallığın 600-dən 1500-dək yox, 800-dən 1300-ə qədər dəyişməsi daha doğru olardı”.
Ekspert sonda onu da əlavə edib ki, əgər biz bölgələrdə təhsilin inkişafını və müəllimlərin regionlara getməsini istəyiriksə, yaxşı olardı ki, sertifikasiyanı da məhz bölgələrdən başlayaq: “Maaş artımı birinci növbədə bölgələrdə olsun. Amma biz paytaxtdan başlayırıq və bölgələrə müəllimlərin niyə getməməsini sorğulayırıq. Bu gün brifinqdə cənab nazir Emin Əmrullayev bu prosesin 4 il gedəcəyini, ildə təxminən 35 min müəllimi əhatə edəcəyini qeyd etdi. Yəni kimin əmək haqqına 35% əlavə etmə imkanı bu il verilir, kiminə isə 4 il sonra. 4 il! Sonra da deyirik ki, niyə müəllimlər bölgələrdə dərs demək istəmir. Hətta əgər maaş əlavələrini hissə-hissə edirdiksə, o zaman mütləq əksinə bölgədən başlamaq lazım idi. Çünki bölgədə tədrisin motivasiyaya ehtiyacı vardı”.
Akqabay Mıradov
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...