Elm və təhsil
Dilqəm Əhməddən yeni kitab - 385 qaynağın siyahısı
Tədqiqatçı-jurnalist Dilqəm Əhmədin “Azərbaycan mühacirət biblioqrafiyası (1920-1991)” adlı yeni əsəri işıq üzü görüb.
Azərbaycan Diasporuna Dəstək Fondunun layihəsi əsasında nəşr olunan kitabçada 1920-1991-ci illərdə dünyanın müxtəlif ölkələrində yaşayan mühacirlərin yazdıqları əsərlərin siyahısı toplanıb.
Müəllifin Publika.az-a verdiyi məlumata görə, kitabça bir çox baxımdan yeniliklərlə doludur: “Bu biblioqrafiya şəxsi arxivimizdə və müxtəlif kitabxanalarda yer alan mühacir nəşrlər əsasında hazırlanıb, ilk dəfə olaraq sistemli və geniş şəkildə 385 əsərin siyahısı verilib. Biblioqrafiyanı hazırlayarkən bu istiqamətləri əsas götürdük: Mühacirətdə nəşr olunan mətbu orqanlar; Azərbaycan istiqlal mübarizəsi, tarixi və ədəbiyyatı ilə bağlı yazılan əsərlər; Mühacirətdə nəşr olunan almanax, broşura, nizamnamə, açıqca və sair bu kimi nəşrlər; Mühacirlərin tərcümə etdiyi əsərlər; Mühacirlərin elmi işləri; Mühacirlərin ixtisasları ilə bağlı yazdığı əsərlər. Biblioqrafiya tələbələr və gənc tədqiqatçılar üçün nəzərdə tutulub”.
Müəllif Azərbaycan diaspora tarixi ilə bağlı başqa bir kitab üzərində də çalışdığını bildirdi.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
















.jpg)





















.jpg)

.jpg)