Elm və təhsil
Sabahdan müəllimlərin imtahanı başlayır
İyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.
Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir. Cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.
Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
-
Rəsmi xronika12:31İlham Əliyev fərman imzaladı
-
Magazin112:00Məşhurluqdan həbsxanaya: Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar
-
İdman10:30Yamal bu oyuna 150 min avroluq kulonla gəldi - FOTO
-
Nida Xəbər 09:18Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...
-
Sosial09:12"Arzum" niyə 5 il 2 ay müddətinə həbs edildi? - Hakimdən AÇIQLAMA
-
İqtisadi gündəm08:48Qızıl kəskin bahalaşdı
-
Magazin206:16Çəkilişlər başlamadan serialdan ayrıldı
-
İdman05:15Ronaldo Dünya Kubokunda yeni rekorda imza atdı













_(1).jpg)

















.jpg)






