Gözəllik
Kosmetoloqdan üz maskası ilə bağlı TÖVSİYƏ
Populyar gözəllik məhsulları – gözaltı patçilər həqiqətən də bəzi dəri problemlərini həll edə bilər, amma onların sizi qırışlardan xilas etmək ehtimalı azdır.
Publika.az xəbər verir ki, bu barədə rusiyalı kosmetoloq Oksana Koxnoviç danışıb.
“Patçilər qırışları hamarlaşdıran müvəqqəti effekt verə bilər, çünki onların tərkibində superaktiv maddə var. Biz onları dəriyə tətbiq etdikdə istixana effekti yaranır, dərinin nəfəs alması çətinləşir, bir az şişir və bu da qırışları hamarlaşdıran effekt verir. Həmçinin patçilərin tərkibində görünməz təbəqə yaradan maddələr var, bu da hamarlılq effektini yaradır”, - ekspert deyir.

Bununla belə, kosmetoloq patçilər almağı məsləhət görür, çünki bu məhsullar bir problemin həllində effektivdir:
“Patçilər çay paketləri kimi, səhərlər üzdəki şişkinliyin öhdəsindən gəlməyə kömək edə bilər. Onları soyuducuda saxlamaq və səhərlər, daha yaxşı olar ki, uzanmış vəziyyətdə tətbiq etmək kifayətdir. Soyutma səbəbindən kiçik damarlar daralacaq, şişkinlik əhəmiyyətli dərəcədə azalacaq”, - ekspert əlavə edib.
Mütəxəssisin fikrincə, xəstələrin rəyləri həmişə yarıya bölünür: bəziləri patçilərin həqiqətən effetk verdiyini, digərləri isə heç bir faydası olmadığını söyləyirlər.
Aytən Məftun
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı














.jpg)






_(1).jpg)











