Stress dərini bu hala salır
Bizi izləyin

Gözəllik

Stress dərini bu hala salır

Stress zamanı insan bədənində kifayət qədər böyük miqdarda kortizol və adrenalin kimi hormonlar istehsal olunur ki, onlar bütövlükdə bədənə, xüsusən də dəriyə təsir göstərirlər.

Publika.az xəbər verir ki, stress birbaşa dəridə onun immun müdafiə reaksiyasının azalması ilə özünü göstərir, nəticədə daha çox iltihab görünə bilər. Adrenalin səviyyəsinin artması sebum istehsalının və nəticədə iltihabların sayının artmasına təsir göstərir. Həmçinin dərinin immun reaksiyasının azalması səbəbindən oksidləşdirici stress özünü göstərir, yəni sərbəst radikalların təsiri artır.

Dəridə quruluğun artması və qabıq verməyə başlaması stressin dəriyə təsirinin başqa bir əlamətidir. Əgər dəriniz tez-yez soyulub qabıq verirsə, sebum istehsalının artması səbəbindən məsamələr genişlənibsə, deməli, stress öz işini görməyə başlayıb. Sızanaqlara meyl varsa, o zaman dəridə iltihabın kəskinləşməsi ola bilər. Stress özünü həm də rozaçea, kuperoz və sızanaq xəstəlikləri ilə də özünü göstərə bilər.

Dəridə stressin təsirinin necə azaltmaq olar?

Dəri stressinin əsas səbəbi bədənin ümumi stress vəziyyətində olması ilə əlaqəlidir. Odur ki, profilaktik tədbirlərə ilk növbədə həyat tərzindən başlamaq lazımdır. İlk addımda normal yuxu rejimini bərpa etməlisiniz, yəni sirkadiyalı ritmlərin normal rejimini qurmalısınız. Gündə 7-8 saat yatmaq lazımdır. Növbəti addım maye balansının bərpasıdır. Gündə kifayət qədər su (1 kq bədən çəkisi üçün 35 ml nisbətində) içməlisiniz. Menyuya daha çox tərəvəz, meyvə və balıq, çox miqdarda omeqa-3 turşusu ehtiva edən məhsulların daxil edilməsi tövsiyə olunur.

Əgər dəri artıq stress altındadırsa, hansı qulluğu göstərməliyik?

Dərinin vəziyyəti gərgindirsə, dəri baxımına düzəlişlər etmək lazımdır. Başlıcası, dəriyə qulluq yumşaq olmalıdır. Beləliklə, bu müddət üçün bütün aqressiv maddələri, yüksək turşu tərkibli məhsulları və aşındırıcı məhsullardan imtina etmək lazımdır. Stress dövrü üçün prioritet bifidobakteriyalar və antioksidanlardan ibarət nəmləndiricilərdir.

Hansı prosedurlar tövsiyə olunur?

Dərini hüceyrə səviyyəsində stimullaşdıran mikro cərəyan terapiyası, dərini nəmləndirməyə yönəlmiş prosedurlar, yəni biorevitalizasiya, mezoterapiya olduqca effektivdir. Stressli bir dövrdə aqressiv prosedurları istisna etmək tövsiyə olunur. Çünki stress dövründə dəri həyata keçirilən prosedurlara adekvat reaksiyanı və sağlam dəridən gözlənilən regenerasiyanı verə bilməz. Siz həmçinin aqressiv kimyəvi pilinqlərdən də imtina etməlisiniz, əgər ölü dərinin soyulmasına ehtiyac varsa, o zaman yüngül səthi pilinqləri seçməlisiniz.

Hansı komponentlərə baxmaq lazımdır?

Dərini təmizləmək üçün tərkibində fermentlər olan məhsulları seçməlisiniz, çünki yumşaq, zərif təmizlənməni təmin etmək vacibdir. Dəri yağlı olsa belə, həddindən artıq qurumasına yol vermək olmaz. Hialuron turşusu olan məhsullara xüsusi diqqət yetirin, çünki stress dövründə dərinin yüksək keyfiyyətli nəmlənməsini təmin etməlisiniz. Stress altında olan dəri üçün digər vacib komponentlər qrupu antioksidanlardır: vitamin C, ferulik turşu, E vitamini, glutatyon, resveratrol, floretin və s. Tərkibində antioksidantlar olan serum və kremlərdən istifadə etmək məsləhətdir. Dərinin normal mikroflorasını bərpa etmək üçün tərkibində bifidus və laktobasil olan məhsullardan istifadə etməlisiniz.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm