Gözəllik
Üzünüzdə sızanaqların yaranmasına səbəb ola bilər - Kosmetoloqdan SOS
Son illərdə sızanaq problemi həm qızlar, həm də oğlanlar arasında daha geniş yayılıb. Bu cür halların artması çox miqdarda süd istifadəsi ilə əlaqələndirilir, çünki bir gündə 150 mililitrdən çox süd içmək olmaz.
Publika.az xəbər verir ki, bu barədə Life.ru-ya kosmetoloq Oksana Koxnoviç məlumat verib.
“Son illər həqiqətən sızanaqların artması müşahidə olunur və həqiqətən də insanlar daha çox süd içməyə başlayıb. Üstəlik saf formada deyil, qəhvəyə əlavə edirlər. Sızanaqları olan xəstələr gündə ən azı iki və ya üç fincan latte və ya kapuçino içirlər. Qəhvə isə peçenye və ya konfet ilə birlikdə verilir. Ancaq xatırlamağa dəyər ki, yetkin bir insan üçün gündə 100-150 mililitr süd kifayətdir”, - ekspert bildirib.
Koxnoviç əlavə edib ki, bu məhsul böyümə çağında olan uşaqlar üçün daha effektivdir, çünki bədənin böyüməsinə kömək edir. Ancaq südün bu xüsusiyyətləri yalnız böyüklərə zərər verəcək.
“Belə ki, böyümə faktorları, bəzən də bu məhsulun tərkibində olan hormonlar və antibiotiklər piy vəzilərini daha çox piy ifraz etməyə stimullaşdırır ki, bu da üzdə yeni səpgilərin yaranması ilə nəticələnir. Üzünüzdə iltihablı sızanaqlar varsa, südü rasiondan çıxarın və qəhvəni badam südü ilə qarışdırıb için”.
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Avropa25 Oktyabr 16:55Vuçiçin anasına hücum etdilər
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto














.jpg)









_(1).jpg)










