Gözəllik
49 yaşlı hind aktrisasının gözəllik sirri - FOTO
2011-ci ildə ana olduqdan sonra karyerasına uzun fasilə verən aktrisa Ayşvariya Ray bu yaxınlarda 49 yaşını qeyd etdi. 1994-cü ildə “Dünya gözəli” titulunu qazanan məşhur, illər keçsə də, gözəlliyini qoruyub saxlamağa nail olub. Bəs hind gözəli bunun üçün nə edir?
Publika.az oxucuları Ayşvari Rayın gözəllik sirləri ilə tanış edib.
AROMATERAPİYA
Aktrisa əmindir ki, ağır iş günündən sonra aromaterapiya orqanizmi rahatlaşdırmağa və gərginliyi aradan qaldırmağa kömək edir. Efir yağlarının köməyi ilə burundakı qoxu reseptorlarına, limbik sistemə təsir edə, bədəndəki stress səviyyəsini azalda bilərsiniz. Onun sevimli efir yağları səndəl ağacı, çobanyastığı və lavandadır.
SAÇ MASKALARI
Saçlarının parlaq və həcmli görünməsi üçün Ray bir çox yağ maskalarından istifadə edir. Bitki və efir yağları saçın elastikliyi və gücünü artırır. Bu maskalar qırılmanın da qarşısını alır.
DÜZGÜN QİDALANMA
Zərərli qidalardan imtina edən məşhur, rasionda balansı qoruyur. Hər şey aydın və sadədir, lakin insanlar hələ də bu həqiqəti qəbul etməkdə çətinlik çəkirlər. Arıqlamaq istəyirsinizsə, “fast-fud”lardan uzaq durun. Ayşvari sağlam həyat tərzi tərəfdarıdır, odur ki, zərərli heç bir şey istifadə etməməyə çalışır.
SADƏ MAKİYAJ
Ayşvariya makiyajda da qızıl qaydaya əməl edir. Ray bu gözəllik sirrini də Mumbayda keçirdiyi mətbuat konfransında gənc pərəstişkarları ilə bölüşüb.
SU TERAPİYASI
Raynin gözəllik sirlərindən biri də su terapiyasıdır. Ulduz, gündə, təxminən səkkiz stəkan su içir. Beləliklə, bu vərdiş bədənin və dərinin nəm balansını qoruyur, həmçinin toksinlərin atılmasına kömək edir.
-
Rəsmi xronika15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop14:38Başı bəladan qurtulmayan 4 bürc
-
Hadisə13:45Məktəb qarşısında naməlum şəxs uşaqlara konfet paylayıb? - DİN-dən açıqlama
-
Rəsmi xronika13:16Prezident şad xəbəri çatdırdı: Maaş və pensiyalar...
-
Ekologiya12:46Bakıda güclü yağış yağacaq - Hava kəskin dəyişəcək
-
Rəsmi xronika11:18Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir - İlham Əliyev
-
Dünya10:56“İsrail torpağı” kimi göstərdilər: ABŞ qəzetində qalmaqallı xəritə yayıldı





































.jpg)

