İqtisadi gündəm
Dollar kreditinə olan güzəşti belə hesablaya bilərsiz
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.
Palatadan Publika.az-a verilən məlumata görə, qurumun rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş ana səhifədə əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir. Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.
Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar Palatanın “966 Çağrı mərkəzi”nə, sisial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.
Qeyd: Əlavə olaraq bildirək ki, gün ərzində bütün bankların internet səhifələrindən sözügedən kalkulyatora keçid təmin ediləcəkdir.
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Dünya12 Oktyabr 21:3929 ölkə İrana qarşı birləşdi - Birgə bəyanat
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region12 Oktyabr 16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 12 Oktyabr 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika12 Oktyabr 15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 12 Oktyabr 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 12 Oktyabr 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO











.jpg)








.jpg)















