İqtisadi gündəm
Azərbaycanlı alim Dünya Beyin Mərkəzləri Sammitində çıxış etdi
Dünya Beyin Mərkəzləri Sammiti 11-14 dekabr tarixində Brazilyanın Rio De Janeiro şəhərində təşkil edilib.
Publika.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tədbirdə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi kimi tədbirdə iştirak edib. CESD-nin sədri, iqtisadçi alim Vüqar Bayramov sammit çərçivəsində təşkil edilən “Maltipolar Dünyada Maltilateralizm: Münaqişələr və Böhranlar yoxsa Sülh və İnkişaf?”adlı plenar iclasda dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri ilə birlikdə qlobal və regional iqtisadi məsələləri müzakirə edib.
Roberta Braganın ( ABŞ Atlantik Şurası) sədrlik etdiyi plenar iclasda Brain Hanson (ABŞ Qlobal Məsələlər üzrə Çikaqo Şurası), Alvaro Mendez (Böyük Britaniya London İqtisadiyyat Mərkəzi İDEAS), Carlos Carnero ( İspanya, Fundacion Alternatives) və Pablo Genta (Xarici Əlaqələr üzrə Urquvay Şurası) birlikdə gündəm qlobal məsələlər barədə fikir mübadiləsi aparılıb.
CESD sədri bildirib ki, “müzakirələr göstərir ki, qlobal səviyyədə aparıcı beyin mərkəzlərin təsir imkanları genişlənməkdədir. Bununla yanaşı, beynəlxalq institutların daha aktiv olması və onlara inamın qaytarmasına çalışmalıdır. İqtisadi məsələlər ilə yanaşı regional münaqişələrin həll edilməməsi məhz qlobal güclərə olan etimadı azaldır. 2 saatlıq müzakirədə Ümumdünya Ticarət Təşkilatı, Beynəlxalq Valyuta Fondu daxil olmaqla qlobal instituların fəaliyyəti daxil olmaqla mövcud dünya nizami, qlobal oyun qaydaları ilə bağlı beyin müzakirəsi də aparıldı”.
Qeyd edək ki, CESD beynəlxalq qiymətləndirmədə son 10 ildə Cənubi Qafqaz və Orta Asiya regionunun aparıcı beyin mərkəzi seçilir. Mərkəz ABŞ-ın Harvard Universitetinin rəsmi beyin mərkəzi katoloquna daxil edilib.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO











.jpg)

























