İqtisadi gündəm
Bakıda 26 obyekt karantin qaydalarını pozdu
Bakıda 26 obyekt karantin qaydalarını pozub.
İqtisadiyyat Nazirliyindən Publika.az-a verilən məlumata görə, Nazirliyin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə 4-5 dekabr tarixlərində keçirdiyi monitorinqlər zamanı Suraxanı rayonunda “Bizim market”də, Xəqani Nadirova məxsus “İnşaat materialları” mağazasında, Xətai rayonunda “Oba market”də, “Eko Mart mağaza”da, Səbail rayonunda "Bazarstore" MMC-yə məxsus “Ərzaq mağazası”nda, Samir Mirzəyevə məxsus ticarət obyektində, Binəqədi rayonunda Möhbalı Şahverdiyevə, Rima Məmmədovaya, Vüqar İslamova məxsus pərakəndə ticarət obyektlərində, Nəsimi rayonunda Əlixan Nəcəfova məxsus “Quru meyvələrin satışı” mağazasında, Qaradağ rayonunda “Uluxanlı market”də, Sabunçu rayonunda “Rahat Zabrat supermarket”də, “Aysel parfümeriya” mağazasında, Nərimanov rayonunda “Göktaş membran mətbəx qapıları mağazası”nda, Saday Alışova məxsus tikinti materialları mağazasında, "Zeytun Pharmaceuticals" MMC-yə məxsus “Ozon aptek”də, Yasamal rayonunda “Medical house” MMC-yə məxsus “Stomatoloji klinika”da, “Qlükozafarm” MMC-yə məxsus “Aptek”də, Nizami rayonunda Firidun Axundova məxsus “Telefon dükanı”nda, “Dokta” MMC-yə məxsus “Elit aptek”də, ümumilikdə monitorinq aparılmış 745 obyektin 26-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.
Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























