İqtisadi gündəm
“Şahdağ”da karantin qaydaları belə qorunur
"Turizm Könüllüləri" İctimai Birliyinin üzvləri 2021-ci ilin 30 dekabrından etibarən “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin ərazisində, həmçinin “Tufandağ”, “Qafqaz Resort”, “Qafqaz Riverside” hotellərində hərəkətin idarə edilməsi işində iştirak edirlər.
Bu barədə Publika.az-a Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.
Bildirilib ki, turizm könüllüləri 5 yanvaradək qonaqların COVID-19 pasportlarının yoxlanılması prosesinə dəstək göstərəcək, eləcə də sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edəcəklər.
Fəaliyyət çərçivəsində qonaqların tibbi maskadan istifadə etməsi, kassa xidmətinə növbəli şəkildə buraxılışı, həmçinin qonaqlar arasında ara məsafəsinin qorunması təmin edilir.
Xatırladaq ki, “Şahdağ” Turizm Mərkəzinə gələn qonaqların istirahətini asanlaşdırmaq məqsədilə COVID-19 pasportlarının yoxlanılması işi yaradılan vahid yoxlama məntəqəsində həyata keçirilir. Qonaqların yoxlamadan yalnız bir dəfə keçərək kompleksdə yerləşən hotel və restoranlara rahat və maneəsiz şəkildə girişi təmin olunur.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır











.jpg)


























