İqtisadi gündəm
Ərzaqlıq buğdanın qiyməti ilə bağlı QƏRAR ən tutarlı addımdır - ekspert
“Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiymətinin 2022-ci il üçün 580 manat müəyyən edilməsi müsbət addımdır. Bu, hökumətin strateji məhsul olan buğdanın istehsalının artırılması istiqamətində ən tutarlı addımdır”.
Bu sözləri Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib. Onun sözlərinə görə, bu qərar yaxın gələcəkdə fermerləri daha geniş ərazidə yüksək keyfiyyətli taxıl becərməyə sövq edəcək:
“Fermer bundan sonra yetişdirəcəyi buğdanı yaxşı qiymətə sata biləcək. Ancaq Azərbaycanın qarşılaşdığı problemlərdən biri odur ki, həm becərilən taxılın məhsuldarlığı və parametrləri çox aşağıdır, həm də əldə olunan məhsul müasir standartlara cavab vermir. Bizdə ən yaxşı halda ikinci və üçüncü sort buğda yetişdirilir. Hökumət birinci və ikinci sort ərzaqlıq buğdanın istehsalı üçün tədbirlər görməlidir”.
Ekspertin sözlərinə görə, yalnız qiymətləri tənzimləməklə stimullaşdırcı addım atmaq kifayət etmir:
“Daxili tələbatı ödəmək və yüksək keyfiyyətli buğda istehsal etmək üçün kompleks tədbirlər görülməlidir. Bunun üçün yüksək məhsularlığa malik toxum sortları ölkəyə gətirilməli, iqlimə uyğunlaşdırılmalı, yerli mütəxəssislərin iştirakı ilə seleksiya aparılmalı, taxıl sahələrinin su təminatı yaxşılaşdırılmalı və digər tədbirlər həyata keçirilməlidir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində göstərilən keyfiyyət göstəricilərinə uyğun olaraq, yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO





























.jpg)






.jpg)


